Icma.az
close
up
RU
Qida terroru: Monopolistlərin sayəsində ölkədə xərçəng xəstəliyi tüğyan edir

Qida terroru: Monopolistlərin sayəsində ölkədə xərçəng xəstəliyi tüğyan edir

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Sağlam qidalanmağa mümkün qədər səy göstərək ki, sağlam olaq, xərçəng qarşısında məğlub olmayaq”


Sosial şəbəkə istifadəçisi onkoloji xəstəlikdən 3 ay ərzində xilas olduğu barədə status paylaşıb. Ramin Əliyev adı ilə təqdimat edən feysbuk istifadəçisi onkoloq İbrahim Əsədliyə təşəkkür edir. Çox ciddi, həssas problemə toxunduğu üçün onun statusunu müəyyən ixtisarla təqdim edirik: “Dostlar, bu mövzu barədə yazmaq çox çətindir. Səhiyyəmiz həqiqətən də, bərbad vəziyyətdədir. 

 Gündəlik tələbat məhsulları o qədər keyfiyyətsizdir ki, insana xəstəlikdən başqa bir şey bəxş etmir. Marqarin, palma yağını kərə yağı adı ilə marketlərdə satışa buraxıb insanların genini assimilyasiya etməklə məşğul olan monopolistlərin sayəsində xərçəng xəstəliyi tüğyan edir. Hələ digər ət və ət məhsullarını demirəm. Onkoloji xəstəliyin meydan suladığı ölkədə bir nəfər normal onkoloq tapmaq mümkün olmur ki, bu xəstəlikdən canını qurtarasan. “Ximiya” edilməsinə ehtiyac duyulmayan onkoloji xəstələri sırf pula görə bədbəxt edib bu prosesi həyata keçirirlər. Bu xəstəliyə tutulan insanlar, bahalı dərmanlar almağa, müalicə, müayinə prosesi keçməyə məcburdurlar. Belə olan halda həm sağalacağın şübhə altına düşür, həm də müflis olursan. Vicdanlı həkimlərimiz var, onlara da işləməyə imkan vermirlər. Belə həkimlərimizdən biri hörmətli onkoloq İbrahim Əsədlidir. Doktor İbrahim Əsədlinin sayəsində artıq üç aylıq müalicə prosesim uğurlu alınıb, nəticə verməkdədir. Nəhayət, həyati təhlükəni adlatdım. Belə vicdanlı həkimlərimiz var, amma çox azdır. Metostaz vermiş bir xəstəliyi üç ay ərzində sıfıra endirmək tam bir möcüzədir. Özü də qəpik-quruşla. Hörmətli doktorumuz İbrahim Əsədli və onun timsalında bütün vicdanlı, əqidəli əsl peşəkar həkimlərimizə təşəkkür edirəm. Bəzən məni qınayanlar, sizlərə də təşəkkür edirəm. Sayənizdə ayaqda dayanıb daha da möhkəm olmağı bacardım”.


Xərçəngə səbəb olan qidalar

Məlumat və informasiyaların bu qədər geniş yayıldığı bir zamanda yaşamaq, gərək insanlar üçün əlavə üstünlük olsun. Fəqət, təəssüf ki, bunca məlumatlılıq, maarifləndirmənin mövcud olduğu bir dövrdə insanlar yanlışlardan əl çəkmir. Ziyanlı, zərərli qidalara aludəçilikdən yaxa qurtara bilmir, öz əlləriylə mədələri vasitəsilə ölüm fərmanlarını yazırlar. Hər il dünyada 18 milyon insana xərçəng diaqnozu qoyulur. Xərçəng riskini artıran ən əhəmiyyətli faktorlardan biri isə gün ərzində istehlak etdiyimiz qidalar və içkilərdir. Tərkibində kanserogen və zərərli kimyəvi maddələr olan hazır qidaların siyahısını bir daha təqdim edirik ki, bəlkə, insanlarımız “ziyanın yarısından qayıtmaq da xeyirdir” ata sözünü ciddiyə alıb zərərli qidalardan uzaq durar, ayaqüstü, yolda-izdə, avtobusda, metroda atışdırmalıq zərərli qidalar qəbul etməkdən vaz keçər, kafe-restoranlarda qarşılarına qoyulan menyu kitabçasından  ən zərərli qidaları seçməkdən əl çəkərlər. Mütəxəssislər bildirir ki, araşdırmalar bəzi qidaların dolayı yolla xərçəngə səbəb ola biləcəyini göstərir. Hər insanın bədən quruluşu fərqli olsa da, tədqiqatçılar şiş meydana gəlməsinin 35 faizinin qidalanma vərdişlərindən qaynaqlandığını vurğulayır. Tərkibində kanserogen maddələr olan qidalarsa bunlardır: 


1. İşlənmiş şəkər və dadlandırıcılar;

Gündəlik şəkər həddi 150 qram keçərsə, şəkərli diabet və piylənmənin inkişafı artır. Bu iki şərtin ortaya çıxması ilə xərçəngin əsası qoyula bilər. Şəkərdən istifadə etməmiz lazım olan vəziyyətlərdə süni dadlandırıcılardan istifadə edə bilərsiniz. Şirinləşdiricilər; Onlar xərçəngə ən böyük dəvətdir, çünki onlar xərçəng hüceyrələrinin asanlıqla və tez metabolizə edə biləcəyi yüksək miqdarda fruktoza ehtiva edir. 

2. Emal edilmiş un və ağ çörək;

Un şəkər kimi, xərçəngə səbəb olan əsas qidalardan biridir. Təmizləndikdən sonra un emal olunur və qida dəyərini itirir. Bundan əlavə, tərkibində zərərli kimyəvi maddələr də var. Bizi kökəltdirən təkcə qida deyil, həm də xərçəng riskini artırır. Bu sözlərin sahibi məşhur onkoloq Erkan Topuzdur. Həkim bildirir ki, şəkər xərçəng hüceyrələrini qidalandırır. Ağ undan da uzaq durmaq lazımdır, çünki ağ unun tərkibində təxminən 14 kanserogen maddə var. Əvəzində qara çörək, çovdar, yulaf, arpa, buğda çörəyi yeyilməlidir. 


3.Popkorn

Popkorn yüksək miqdarda kanserogen ehtiva edir. Xüsusilə qadınlarda fertillik, böyrək və qaraciyər kimi orqanlarda xərçəng riskini artırır. Ümumiyyətlə, mikrodalğalı sobada bişirilən yeməklər xərçəngə tutulma ruskini artırır. 


4. Rafine edilmiş şəkər və qazlı içkilər 

Tərkibində jelatin olan şirniyyatlar və bənzər şəkərli qidalar xərçəng hüceyrələrinin çoxalmasını artırır. Qadağalar siyahısında tortlar, qazlı içkilər və meyvə şirələri birinci yerdədir. Uşaqlar üçün böyük təhlükə yaradan konfet xərçəng riskini artıran qəlyanaltıdır.


5. İşlənmiş ət

Kolbasa, vetçina və salami kimi qidalarda həddindən artıq duz və kimyəvi maddələr var. Araşdırmalara görə, müntəzəm olaraq işlənmiş ət yeyən insanların vaxtından əvvəl ölüm riski 43 faiz artır.


6. Konservləşdirilmiş qidalar

Konservləşdirilmiş qidaların əksəriyyətində BPA adlı maddə var. Qəbul edildikdən sonra BPA normal hormonal fəaliyyətləri pozaraq estrogen kimi fəaliyyət göstərir. Tədqiqatlar göstərir ki, BPA ürək xəstəlikləri, bağırsaq xəstəlikləri, sonsuzluq və xüsusilə reproduktiv sistem pozğunluqları kimi xəstəlikləri gücləndirir. Əldə edilən nəticələr göstərir ki, konservləşdirilmiş qidaların tez-tez istehlakı xərçəng riskinizi artırır. Bu kontekstdə konservləşdirilmiş pomidorların istehlakı daha böyük təhlükə yaradır. Çünki pomidorda olan yüksək miqdarda turşu BPA-nın daha yüksək miqdarda sərbəst buraxılmasına səbəb olur.


7. Qızardılmış yeməklər və çipsilər

Bu növ qidaların ürək xəstəlikləri və piylənmə, eləcə də xərçəng kimi bir çox sağlamlıq problemlərinə səbəb olduğu bilinir. Yüz iyirmi dərəcədən yuxarı temperaturda bişirilən bütün qidalarda olan yüksək miqdarda akrilamid və kanserogen maddələr xərçəngə səbəb olur. Bu maddələr restoran və supermarketlərdə tapa biləcəyiniz bütün qidalarda, məsələn, kartof qızartması, kartof çipsləri və qəlyanaltılarda olur. Bununla belə, kartof qızartması və digər lazımsız qidalarda bu zərərli maddələrin miqdarı daha yüksəkdir. Eyni zamanda, qızardılmış qidalar və bu kimi lazımsız qidalar heç bir pəhriz üçün tövsiyə edilmir. Bu növ qidalarda həmçinin xərçəngin inkişafına səbəb olduğu bilinən həddindən artıq miqdarda trans yağlar, sodium, nitrat və şəkər var.


Xərçəngdən qoruyacaq qidalar  


1. Lifli yaşıl tərəvəzlər

İspanaq, kələm, şalqam göyərti, arugula və su teresi, vitamin C və beta-karotin (bir növ A vitamini) daxil olmaqla xərçənglə mübarizə apardığı bilinən antioksidantlarla zəngindir.


2. Brokoli

Brokolinin tərkibində güclü xərçəng əleyhinə xüsusiyyətlərə malik olan tərəvəzlərdə olan sulforafan var.


3. Qırmızı meyvələr

Qaragilə, moruq, albalı, çiyələk, qoji giləmeyvə və böyürtkən tərkibindəki C vitamini, A vitamini və öd turşusu ilə antifungal/antiviral agentlərin güclü mənbəyidir, beləliklə, immunitet sistemini gücləndirir və xərçəngdən qoruyur.


4. Zərdəçal (sarıkök)

Elmi adı curcumin olan zərdəçal – sarıkök baş və boyun xərçəngi hüceyrələrini öldürməyə kömək edir, ağciyər, döş və prostat xərçəngi hüceyrələrinin böyüməsini yavaşladır. 


5. Kətan toxumu

Bir tədqiqat zamanı döş xərçəngi olan 32 qadın bir ay ərzində gündə bir dəfə kətan toxumu və ya plasebo qəbul edib. Tədqiqatın sonunda, kətan toxumu istehlak edən qrupda şiş böyüməsini ölçən xüsusi dəyərlərin səviyyəsinin azaldığı və xərçəng hüceyrələrinin ölümündə artım olduğu bildirilib.


6. Yaşıl çay

Yaşıl çayın tərkibində polifenolik birləşmələr, o cümlədən epiqallokateşin - 3-qallat var ki, bu birləşmələr şişin böyüməsinə və şiş invaziyasına, angiogenezə maneə törədir.


7. Sarımsaq

Sarımsağın aktiv maddəsi allisindir. Bu maddənin xərçəng hüceyrələrini öldürdüyü bir çox araşdırmada sübut edilib. Bəzi tədqiqatlar zamanı sarımsaq istehlakı ilə bəzi xərçəng növlərinin daha az riski arasında əlaqə tapılıb. 


8. Sitrus meyvələri

Bəzi araşdırmalar göstərir ki, limon, mandarin, qreypfrut və portağal kimi sitrus meyvələri xərçəng riskini azalda bilər.


9. Quru meyvələr

Araşdırmalar, qoz-fındıq istehlak edən insanların bəzi xərçəng növlərinə tutulma riskinin daha az olduğunu müəyyən edir. Məsələn, 19.386 nəfərin iştirakı ilə aparılan bir araşdırma, daha çox qoz-fındıq istehlak edənlər arasında xərçəngə tutulma riskinin daha az olduğunu ortaya çıxarıb.


10. Darçın

Darçın qan şəkərini tarazlaşdırmaq və iltihabı azaltmaq xüsusiyyətləri ilə məşhurdur. Bundan əlavə, bəzi heyvan araşdırmaları darçının xərçəng hüceyrələrinin yayılmasının qarşısını ala biləcəyini tapdı.

Sağlam qidalanmağa mümkün qədər səy göstərək ki, sağlam olaq, xərçəng qarşısında məğlub olmayaq.    

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Aprel 2025 04:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see553

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see123

Alim Qasımov yenidən rep deməsi ilə gündəmdə Video

15 İyul 2025 10:54see116

Anası ilə bağlı hədiyyə Zülfiyyəni ağlatdı Video

15 İyul 2025 12:56see114

Çin “Tuencou 9” yük gəmisini orbitə göndərib

15 İyul 2025 07:50see114

FİFA PSJ nin baş məşqçisi və futbolçusunu cəzalandıra bilər

15 İyul 2025 07:32see114

Meningitin müalicəsi də icbari tibbi sığorta hesabına həyata keçirilir

15 İyul 2025 10:54see113

Mərkəzi Asiya Avrasiyanın əsas regionuna çevrilir

15 İyul 2025 20:21see113

Ukraynanın 55 PUA sı vurulub

15 İyul 2025 08:24see113

Hansı atalar qız övladlarına daha çox qayğı göstərir?

15 İyul 2025 20:22see113

Səbail in yerli oyunçulardan ibarət 11 liy i məlumdur ADLAR

15 İyul 2025 17:49see113

Ursula von der Leyen Trampa nifrət edir

15 İyul 2025 14:24see112

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see112

Göbələk xərçəngin dərmanı imiş

16 İyul 2025 06:06see112

Çoxmərtəbəli binalarda yaşayanların NƏZƏRİNƏ

16 İyul 2025 00:37see111

Sənaye sahəsi üzrə biznes kredit portfeli 2,6 milyard manatı ötüb

15 İyul 2025 15:17see111

DİN vətəndaşların şəxsi məlumatlarını xarici kiberbunkerlərə ötürən şəxsi ifşa etdi

15 İyul 2025 15:12see110

Şəbnəmin Böyükada Fotosessiyası

15 İyul 2025 11:57see110

ABŞ Ali Məhkəməsi Trampa “yaşıl işıq” yandırdı Təhsil Nazirliyini ləğv edilməsi qanuni sayıldı

15 İyul 2025 17:51see110

Tramp: Zelenski Moskvaya atəş açmamalıdır KONKRET

15 İyul 2025 21:54see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri