Icma.az
close
up
RU
Qılıncdan ulu qüvvət mədəniyyət!

Qılıncdan ulu qüvvət mədəniyyət!

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

“Azərbaycan mədəniyyəti – 2040”: Milli kimliyin strateji yol xəritəsi

Prezident İlham Əliyevin 14 yanvar 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” müasir dövrdə ölkəmizin dinamik inkişaf yolunda mədəniyyət amilini strateji müstəvidə diqqətə çatdıran tarixi önəmli sənəddir. Bu konsepsiya mədəniyyət sahəsinin inkişafını hədəfləyən strateji proqram olmaqla bərabər, həm də dövlət suverenliyinin, milli kimliyin və azərbaycançılıq ideologiyasının mədəni əsaslar üzərində möhkəmləndirilməsinə xidmət edən uzunmüddətli yol xəritəsidir.

Qeyd edək ki, müasir dünyada mədəniyyət təkcə irs və ənənələrin qorunması ilə məhdudlaşmır. O, cəmiyyətlərin daxili dayanıqlılığını və xalqların qlobal rəqabətdə mövqeyini müəyyən edən əsas amillərdən biri kimi diqqət çəkir. Bu baxımdan “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyası regional və qlobal çağırışlar fonunda mədəniyyəti milli inkişafın aparıcı sütunlarından biri olaraq təsdiq edir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası ölkənin siyasi, iqtisadi və sosial həyatında olduğu kimi, mədəniyyət siyasətində də keyfiyyətcə yeni mərhələnin başlanğıcını şərtləndirib. Vətən müharibəsindən sonra işğal dövründə məqsədli şəkildə məhv edilən, təhrif olunan və mənimsənilən tarixi-mədəni irsin bərpası mədəni məsələ olmaqla yanaşı, dövlətçilik və milli təhlükəsizlik məsələsi kimi daim diqqətdə saxlanılıb.

Bu mərhələdə mədəniyyət siyasətinin ideoloji dayağı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin formalaşdırdığı azərbaycançılıq məfkurəsidir. Azərbaycançılıq milli kimliyi etnik, dini və regional fərqlərdən üstün tutaraq vahid dövlətçilik şüurunda birləşdirən ideoloji platformadır. “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyası da məhz bu ideologiyanı müasir çağırışlara uyğun şəkildə mədəni siyasətin mərkəzinə yerləşdirir.

Konsepsiya qlobal mədəni transformasiyalar, rəqəmsallaşma, urbanizasiya, miqrasiya prosesləri və yeni kommunikasiya mühitləri nəzərə alınmaqla hazırlanmışdır. Sənədin əsas məqsədi Azərbaycanın milli kimliyinə söykənən müasir mədəniyyət modelinin yaradılması, inkişafı və 2040-cı ilədək beynəlxalq mədəni inteqrasiyanın genişləndirilməsidir.

Sənəd mədəniyyət sahəsində fəaliyyətə vahid, sistemli və dayanıqlı yanaşmanı gerçəkləşdirir, mədəniyyət siyasətinin dövlət idarəçiliyi, sosial-iqtisadi inkişaf, təhsil, elm və innovasiyalarla üzvi əlaqəsini qurur. Bu yanaşma mədəniyyəti dövlətin digər strateji prioritetlərindən ayrı deyil, onlarla qarşılıqlı təsirdə olan canlı sistem kimi təqdim edir.

Müasir dövrdə insan kapitalı dövlətlərin əsas rəqabət üstünlüyüdür. Bu kapitalın keyfiyyəti isə bilavasitə mədəni mühitdən, yaradıcı düşüncədən və intellektual inkişafdan asılıdır. Sağlam mədəni və yaradıcı həyat tərzi fərdin potensialının üzə çıxmasında, sosial məsuliyyətin formalaşmasında və innovativ düşüncənin təşviqində mühüm rol oynayır.

Konsepsiyada mədəniyyətin həyat tərzinin ayrılmaz hissəsinə çevrilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilir. Bu, mədəniyyətin yalnız bayram və tədbirlər çərçivəsində deyil, eyni zamanda, gündəlik davranışda, ünsiyyətdə, bilik əldəetmə prosesində və sosial münasibətlərdə fəal rol alması deməkdir. Beləliklə, mədəniyyət sosial ədalətə əsaslanan, inklüziv və dinamik cəmiyyətin formalaşmasında mühüm vasitəyə çevrilir.

Xatırladaq ki, qloballaşma mədəniyyətlərarası qarşılıqlı təsiri gücləndirməklə yanaşı, milli kimliklər üçün ciddi çağırışlar yaradır. “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyası da bu çağırışlara cavab olaraq milli-mənəvi dəyərlərin qorunmasını və inkişafını prioritet kimi müəyyənləşdirir. Azərbaycan dili, tarixi şüur, milli həmrəylik, tolerantlıq və dövlətçilik ənənələri adıçəkilən konsepsiyanın ideoloji əsasını təşkil edir.

Eyni zamanda, sənəd qapalı mədəniyyət modelini deyil, açıq və dialoqa əsaslanan mədəni siyasətin həyata keçirilməsini şərtləndirir. Azərbaycan mədəniyyətinin beynəlxalq mədəni mübadilədə fəal iştirakı, mədəni diplomatiyanın genişləndirilməsi və yaradıcı sənayelərin inkişafı bu siyasətin əsas prinsipləridir.

Konsepsiyanın uğurla həyata keçirilməsi üçün mədəniyyət sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi və idarəetmə mexanizmlərinin müasirləşdirilməsi zəruri hesab edilir. Dövlət, özəl sektor və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın gücləndirilməsi mədəniyyətin dayanıqlı inkişafının əsas şərtlərindən biridir. Bu kontekstdə mədəni və yaradıcı sənayelər xüsusi əhəmiyyət kəsb edir. Kino, musiqi, dizayn, nəşriyyat, audiovizual media və digər sahələr həm mədəni dəyər yaradır, həm də iqtisadi inkişaf və məşğulluq baxımından mühüm potensiala malikdir.

Konsepsiya Azərbaycan dilini, davranış və bilgi mədəniyyətini, ədəbiyyatı, incəsənəti və mədəni irsi mədəniyyətin əsas sahələri kimi müəyyən edir. Bu sahələr milli kimliyin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından strateji önəm daşıyır. “Azərbaycanın mədəniyyət dəyərləri” anlayışı isə milli-mənəvi dəyərlərlə yanaşı, hüququn aliliyi, ədalətlilik, bərabərlik, azadlıq və digər ümumbəşəri dəyərləri özündə birləşdirir. Bu yanaşma milli və universal dəyərlər arasında harmoniyanın gerçəkləşməsinə xidmət edir.

Konsepsiyanın icrası 2026–2030, 2031–2035 və 2036–2040-cı illəri əhatə edən 3 mərhələdə nəzərdə tutulur. Hər mərhələ üzrə tədbirlər planlarının əvvəlki mərhələnin nəticələrinin qiymətləndirilməsi əsasında hazırlanacağı bildirilir. Belə bir yanaşmanın, eyni zamanda, çevik idarəetmə və səmərəli monitorinq mexanizmlərinin tətbiqinə əlverişli şərait yaradacağı da gözlənilir. Bu çərçivədə Azərbaycan dilinin və ədəbiyyatının inkişafı, mədəni və təbii irsin qorunması, incəsənət və audiovizual sənayenin inkişafı, davranış və bilgi mədəniyyətinin gücləndirilməsi, eləcə də mədəni və yaradıcı sənayelərin təşviqi üzrə dövlət proqramlarının hazırlanması da planlaşdırılır.

Konsepsiyanın mühüm hədəflərindən biri Azərbaycanın tarixi coğrafiyasına mədəni qayıdışın gerçəkləşdirilməsi, işğaldan azad edilmiş ərazilərdə dağıdılmış mədəni irsin bərpası və mədəni həyatın canlandırılmasıdır. Azərbaycan dilinin birləşdirici regional rolunun gücləndirilməsi isə milli həmrəyliyin və mədəni inteqrasiyanın əsas prinsiplərindən biri kimi çıxış edir.

2003–2025-ci illər ərzində mədəniyyət sahəsində həyata keçirilən siyasət “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyası üçün möhkəm institusional və ideoloji baza formalaşdırıb. Bu dövrdə mədəniyyət infrastrukturu genişləndirilib, kino və teatr sahəsində dövlət dəstəyi gücləndirilib, beynəlxalq festivallar və mədəniyyət günləri təşkil olunub. Qobustan, Şəki, Hirkan meşələri və Xınalıq Köç yolu kimi irs nümunələrinin UNESCO səviyyəsində tanınması ilə Azərbaycanın mədəni irsinin qlobal əhəmiyyəti təsdiqlənib. Azərbaycanın 24 qeyri-maddi mədəni irs nümunəsinin UNESCO siyahılarına daxil edilməsi isə milli mədəniyyət siyasətinin uğurlu nəticəsi kimi tarixə yazılıb.

Beləliklə, “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyası mədəniyyəti milli inkişafın strateji dayağına çevirən, suverenliyin mədəni ölçüsünü möhkəmləndirən və gələcək nəsillər üçün dayanıqlı mədəni mühit yaradan fundamental sənəddir. Bu konsepsiyanın ardıcıl və səmərəli icrası Azərbaycanı regional və qlobal miqyasda mədəni güc mərkəzi kimi mövqeni gücləndirəcək, milli kimliyin qorunması ilə müasir inkişaf arasında sağlam tarazlığı təmin edəcək.

Azərbaycan mədəniyyətinin müasir modeli qlobal çağırışlara cavab verməklə yanaşı, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasını gerçəkləşdirəcək. Bu məqsədlə konsepsiya milli mədəniyyətə yeni strateji baxışı şərtləndirir. Sənədin uğurla həyata keçirilməsi və müasir mədəniyyət modelinin işlək olması üçün normativ-hüquqi bazanın təkmilləşdirilməsi, idarəetmə formasının, müasir sosial-iqtisadi yanaşmanın və ahəngdar fəaliyyətin təmin edilməsi zəruridir.

V.BİNYATOĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Yanvar 2026 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see391

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see388

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see356

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see344

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see315

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see287

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see269

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see262

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see245

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see240

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see234

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see228

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see218

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see216

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see209

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see203

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see196

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see194

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see175

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri