Icma.az
close
up
RU
Xəritədən Orduya: Dövlətin qüvvət cizgiləri

Xəritədən Orduya: Dövlətin qüvvət cizgiləri

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İş masamın üzərində dörd kitab vardı - onlara paralel olaraq göz atır, qeydlər götürürdüm; budur, Silahlı Qüvvələr Günü ərəfəsində həmin kitablardan ikisi haqqında yığcam qeydlərimi bölüşmək qərarına gəldim (digər ikisi haqqında fikirlərimi isə qarşı günlərdə bölüşəcəm). Mənə avtoqrafla bağışlanmış hər iki kitabın müəllifi dəyərli aydınımız - tarixçi-alim, qazi albay Lətif Şüküroğlu Babayevdir. Söhbət bir-birini məzmun və mənəvi-ideoloji, habelə içərik baxımından tamamlayan “Azərbaycanın sərhəd məsələləri (1918–1920-ci illər)” və “Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu” kitablarından gedir.

Bəli, tarix yalnız hadisələrin müəyyən bir normativ əsaslı səlis ardıcıllığı deyil. Bəzən bir xətt – sərhəd xətti – bütöv bir epoxanı, milli taleyi, ideoloji təməli və dövlət iradəsini ifadə edə bilir. Özəlliklə də 1918-ci ildə yaranan və cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti (AXC) kimi ilk müstəqil dövlətin tarixində bu xətlər xətkeş, pərgər və yaxud böyükölçülü alətlərlə yox, daha çox, qanla, yaddaşla və iradə ilə çəkilmişdi. Bu anlamda Lətif Şüküroğlunun “Azərbaycanın sərhəd məsələləri (1918–1920-ci illər)” və “Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu” adlı fundamental əsərləri, sadəcə bir tarix təhlili deyil – dövlətçilik şüurunun elmi portretidir. Kitablar müəllifin imzası kimi həm lətifdir, həm də şükrə layiqdir – babaların ruhunu şad etməyə, bugünü yaşamağa, gələcəyə isə yol xəritəsi çəkməyə xidmət edir.

Lətif Şüküroğlunun 2025-ci ildə işıq üzü görən yeni tədqiqatı – “Azərbaycanın sərhəd məsələləri (1918–1920-ci illər)” – müstəqil dövlət quruculuğunun həssas sütunlarından biri olan sərhəd siyasətinə həsr olunub. Müəllif bu əsərdə sərhədin sadəcə coğrafi anlayış deyil, tarixi kimlik, siyasi iradə və beynəlxalq hüquqla bərabər səviyyədə formalaşan dövlət institutlarından biri olduğunu əsaslandırır.

Kitabda Cümhuriyyətin Naxçıvan, Zəngəzur, Qarabağ və digər bölgələrimizlə bağlı apardığı diplomatik mübarizə geniş sənədlərlə və sistemli şəkildə təqdim olunur. Ermənistan, Gürcüstan, o vaxtkı Dağlılar Respublikası ilə münasibətlər, Osmanlı və Antanta dövlətlərinin təsirləri, bu təsirlərin bölgədə sərhəd gerçəkliklərinə necə sirayət etdiyi əsaslı şəkildə yorumlanır. Bu incələmələr sadəcə tarixçiləri deyil, beynəlxalq münasibətlər üzrə mütəxəssisləri, təhlükəsizlik və sərhəd siyasəti ilə məşğul olan strateqləri də cəlb edə biləcək dərinlikdədir.

Əsərdə AXC parlamentinin sərhəd məsələlərinə yanaşması, mübahisəli bölgələrdə ictimai-siyasi fraksiyaların mövqeyi, sərhəd mühafizəsi üzrə ilk dövlət orqanlarının təşkili və hüquqi aktların formalaşması ardıcıl şəkildə izlənilir. Müəllif, bu araşdırmanı çağdaş dönəm üçün də güncəl edən əsas detalı unutmur: sərhəd – dövlətin özünü tanıtdığı ilk cizgidir.

Ordu və sərhəd – bir missiyanın iki qanadı

Lətif Şüküroğlunun öncəki əsəri olan “Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu” (2018) isə bu sərhədlərin qorunması üçün yaradılan nizami güc – Cümhuriyyət Ordusu haqqında çoxşaxəli və elmi əsaslandırılmış bir panoram yaradır. Kitabda Cümhuriyyət hökumətinin ordu quruculuğu sahəsində atdığı addımlar, Hərbi Nazirliyin təşkili, ilk hərbi hissələrin yaradılması, Zəngəzur və Qarabağda erməni təcavüzünün qarşısının alınmasında görülən tədbirlər faktlarla (və şükranlıqla!) sübut olunur.

Əsər həm də ordu quruculuğunda iştirak edən şəxsiyyətlər – Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Həbib bəy Səlimov və başqalarının xidmətlərini əbədiləşdirir. Bu incələmə bir daha göstərir ki, ordu – dövlətin öz varlığını təsdiqlədiyi ilk praktiki və rəsmi institutdur.

İki kitabı birlikdə oxuduqda ortaya çıxan əsas sonuc budur: Ordu və sərhəd anlayışları Azərbaycan tarixində heç vaxt bir-birindən ayrı düşünülə bilməz. Sərhədsiz ordu nəyi qorumalıdır? Ordusuz sərhəd necə qoruna bilər? Bu sualların cavabı Cümhuriyyətin varlığı ilə verilmişdi – və bu gün də həmin təcrübə istinad nöqtəsi olaraq qalır.

Çağdaş mərhələnin güncəl dərsləri

Qarşıdan 26 İyun – Silahlı Qüvvələr Günümüz gəlir. Qutlu olsun! 26 İyun – təkcə bayram deyil, həm də tarixdən doğru sonuclar çıxarma günü olmalıdır. Çünki bu gün Azərbaycan Respublikası, Xalq Cümhuriyyətinin irsini yalnız simvolik deyil, praktiki olaraq da yaşadır. Qarabağın azad edilməsi, Zəngəzurda, Laçında, Kəlbəcərdə sərhəd postlarının qurulması, öz Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə Qafqazda yeni gerçəklik yaratmış şanlı Azərbaycan Ordusunun geosiyasi çəkisinin artması – bütün bunlar AXC dövründə atılan ilkin ideoloji və institusional addımların nəticəsidir.

Bu anlamda Lətif Şüküroğlunun hər iki əsəri, təkcə akademik auditoriya üçün deyil, eyni zamanda Dövlət Sərhəd Xidməti, Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi kimi qurumlarda çalışanlar, ali hərbi məktəblərdə təhsil alan zabitlər və kursantlar, dövlət idarəçiliyi və milli təhlükəsizlik sahəsində təlim keçən gənclər üçün bir strateji bilik bazası sayıla bilər.

“Azərbaycanın sərhəd məsələləri” və “Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu” adlı bu iki tədqiqat əsəri birgə şəkildə oxunduqda bizə tarixə təkcə baxmaq deyil, onu yenidən oxumaq, dərindən anlamaq və gələcək üçün strateji qərarlar çıxarmaq imkanı yaradır. Lətif Şüküroğlu bu əsərlərlə sübut edir ki, tarix keçmişin deyil, gələcəyin planıdır. Bu planın ilk iki sütunu isə ordu və sərhəddir. Və hər bir sərhəd – qorunan yerdə Vətəndir!

Xalq şairi Zəlimxan Yaqub demiş:

“Ordum varsa,
Yurdum var”!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:228
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 İyun 2025 22:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri