Icma.az
close
up
RU
Qırğız nazir: Təbii fəlakətlərlə effektiv mübarizə aparmaq üçün əməkdaşlıq lazımdır Xəbər saytı Son xəbərlər və Hadisələr

Qırğız nazir: Təbii fəlakətlərlə effektiv mübarizə aparmaq üçün əməkdaşlıq lazımdır Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Qırğızıstan iqlim dəyişikliyinin mənfi nəticələrini tam şəkildə öz üzərində hiss edir.

Bunu "Report"a müsahibəsində Qırğız Respublikasının fövqəladə hallar naziri Boobek Ajikeyev deyib.

Onun sözlərinə görə, gerisayıma 2004-cü ildən, təbii fəlakətlərin tezliyinin üç dəfə artdığı zamandan başlamaq olar.

"Həmin il ölkədə 360-dan çox sel hadisəsi baş verdi, 1000-dən çox evə ziyan dəydi, əksəriyyəti qadın və uşaq olmaqla 22 nəfər öldü. Bu, təkcə güclü yağışların nəticələridir. Keçən il və bu il yüksək seysmik aktivlik qeydə alınıb: əgər əvvəllər ayda uzağı iki yeraltı təkan qeydə alınırdısa, indi 4-5 maqnitudalı təkanlar hər gün qeydə alınır. Elə təkcə bu ilin ilk 8 ayında təbii fəlakətlərdən dəymiş ziyan 1,8 milyard som və ya təxminən 21,2 milyon ABŞ dolları təşkil edib", - nazir qeyd edib.

Ajikeyev bildirib ki, regionda təbii fəlakətlərlə effektiv mübarizə aparmaq üçün əməkdaşlıq zəruridir, çünki beynəlxalq maliyyə institutlarının vahid maliyyələşdirmə proqramı çərçivəsində ümumi problemin təsirinə məruz qalan ölkələr qrupu ilə işləməsi daha əlverişlidir.

"COP29 konfransı yeni iqlim çağırışlarının müzakirəsi üçün əla platformadır. İki gün ərzində biz fövqəladə hallar və mənfi iqlim dəyişikliyi ilə bağlı 15-ə yaxın mühüm görüş keçirdik. Hidrometeorologiya və meşə təsərrüfatı xidmətləri, eləcə də Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Dünya Bankı kimi maliyyə institutları və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə əməkdaşlıq məsələləri müzakirə edildi. Adi şəraitdə bir belə görüşün təşkili beş günə qədər çəkə bilərdi. Konfransın təşkilatçılığı da - pavilyonların yerləşdiyi yerdən tutmuş təmizliyin təmin olunmasına qədər hər şey ən yüksək səviyyədədir", - B.Ajikeyev vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://baku.ws
archiveBu xəbər 14 Noyabr 2024 22:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see407

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see261

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see224

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see203

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see189

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see174

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see144

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see143

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see139

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see138

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see136

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see131

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see125

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri