Qırğızıstan mediası İlham Əliyevin yerli telekanallara müsahibəsini İŞIQLANDIRDI
Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qırğızıstanın tanınmış informasiya vasitəsi olan “turktoday.info” portalı Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibənin tam mətnini dərc edib.
"Unikal" xəbər verir ki, “turktoday.info” informasiya agentliyinin materialında Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə görüşlərin əhəmiyyətindən bəhs olunub. Materialda Azərbaycan Prezidentinin çıxışından sitata yer verilib: “Bu ay, hər halda bizim təşəbbüsümüzlə, təklifimizlə delimitasiya məsələsini davam etdirmək üçün delimitasiya üzrə Azərbaycan və Ermənistan komissiyalarının növbəti görüşü olmalıdır”.
Daha sonra agentliyin dərc etdiyi yazıda Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə danışıqların növbəti raundunun yanvarda baş tuta biləcəyi qeyd edilib.
Məqalədə həm də sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinin Azərbaycan və Ermənistan arasında gələcək sülh müqaviləsinin tərkib hissəsi olduğu vurğulanıb. Rəsmi Bakı və İrəvanın 2022-ci ildən etibarən gələcək sülh müqaviləsinin bir hissəsi kimi öz sərhədlərinin delimitasiyası və demarkasiyası məsələsini müzakirə etməyə başladığı xatırladılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 08 Yanvar 2025 19:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















