Icma.az
close
up
RU
WSJ: “ABŞ Rusiyanı qlobal iqtisadiyyata qaytarır”

WSJ: “ABŞ Rusiyanı qlobal iqtisadiyyata qaytarır”

Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “The Wall Street Journal (WSJ)” nəşrinin məlumatına görə, sənədlərdən birində Amerika maliyyə və digər şirkətlərinin Ukraynadakı layihələr üçün Rusiyanın dondurulmuş təxminən 200 milyard dollarlıq aktivlərinə necə çıxış edə biləcəyi ilə bağlı ətraflı plan var.
“Bunlara, məsələn, Ukraynada rus qoşunları tərəfindən ələ keçirilən Zaporojye Atom Elektrik Stansiyasından (AES) enerji alınması üzrə yeni məlumat mərkəzinin tikintisi daxildir”, - xəbərdə deyilir.
Başqa bir sənəd Rusiya iqtisadiyyatını “soyuqdan qaytarmaq” üçün Amerika baxışının geniş konturlarını təqdim edir: söhbət ABŞ şirkətlərinin nadir torpaq metallarından tutmuş Arktikada neft hasilatına qədər strateji sektorlara sərmayə qoyması, habelə Rusiyanın Qərbi Avropa və dünyanın qalan hissəsinə enerji təchizatının bərpasına kömək etməsindən gedir.
Sənədlərlə tanış olan bəzi avropalı məmurlar ABŞ-nin bəzi təkliflərinin ciddi qəbul edilib-edilməməsinə əmin olmadıqlarını bildiriblər.
Qəzetin avropalı həmsöhbətlərindən biri ABŞ-nin planlarını Trampın Qəzza zolağında “Yaxın Şərq Riviyerası” yaratmaq ideyaları ilə müqayisə edib.
- Ehtimal olunan ABŞ-Rusiya sövdələşmələri İkinci Dünya müharibəsinin qaliblərinin Avropanı parçaladığı 1945-ci il Yalta Konfransının “iqtisadi versiyası”dır. Bu, Yaltaya bənzəyir”, - daha bir avropalı mənbə “WSJ” nəşrinə açıqlamasında vurğulayıb.
Amma avropalı məmurlar “qoca qitə”nin maliyyə qurumlarında dondurulmuş Rusiya vəsaitləri hesabına ehtiyatları sürətlə tükənən, ciddi maliyyə çətinlikləri ilə üzləşən Ukrayna hökumətinə silah almaq və ölkənin ayaqda saxlamaq üçün “təzminat krediti” vermək niyyətindədirlər.
Belçika Aİ-ni məhkəmə ilə hədələyib Onlar həmçinin Amerikanın Ukraynadakı müharibənin həllinə yanaşmasının Rusiyaya iqtisadiyyatını dirçəltmək və hərbi qüdrətini gücləndirmək üçün lazım olan nəfəslik məkanı açacağından qorxurlar.
- Rusiya iqtisadiyyatı altı aydır rəsmi olaraq tənəzzüldədir. Eyni zamanda müharibə iqtisadiyyatını həyata keçirmək və qiymətləri cilovlamaq cəhdləri bank sektoru üçün sistemli risklər yaradır”, - qəzetin tanış olduğu Qərb kəşfiyyatının yeni qiymətləndirməsində iddia olunur.
Danışıqlarda iştirak edən amerikalı nümayəndələrin fikrincə, Avropanın bu məsələdə sərgilədiyi yanaşma dondurulmuş aktivləri tez tükəndirəcək.
Xatırladaq ki, Rusiya aktivlərindən istifadə məsələsi yalnız təkcə Avropa ilə ABŞ arasında deyil, Avropanın özündə də ikitirəlik yaradıb.
Avropa Komissiyası (AK) Ukraynaya bu pulların hesabına “təzminat krediti” verilməsini təklif edir və Kiyev bu pulu Rusiya müharibədən sonra dəymiş ziyanı ödədikdən sonra qatara bilər. Rusiyanın dondurulmuş aktivlərinin əsas hissəsinin saxlandığı Belçikanın hökuməti qəti şəkildə bu plana qarşı çıxır.
Belçikanın baş naziri Bart de Vever AK-nin təşəbbüsü ilə bağlı kompromis əldə olunmayacağı təqdirdə, ölkəsinin hətta məhkəməyə müraciət edə biləcəyini də vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://azvision.az
archiveBu xəbər 11 Dekabr 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see384

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see319

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see251

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see242

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see242

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see227

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see214

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see210

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see209

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see200

Hemofiliya xəstələrinin müalicəsində tibb bacılarının rolu artırılır REGIONLARDA SEMİNARLAR

14 Sentyabr 2026 12:43see199

AMB nin BOKT larla bağlı yeni tələbləri maliyyə bazarının sağlamlaşdırılmasına xidmət edir

14 Sentyabr 2026 14:04see199

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see195

Sosiallaşır, nitqi və yuxu rejimi düzəlib, qidalanması normallaşıb İnteqrativ müalicə ilə autizmli uşağın inkişafı

14 Sentyabr 2026 14:42see194

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see192

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see188

Birləşməyə hazırlaşan bankda dəyişiklik

14 Sentyabr 2026 12:38see188

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

14 Sentyabr 2026 21:41see181

Saniyənin katrilyonda birində şarj olan batareya hazırlandı

14 Sentyabr 2026 05:33see180

Korporativ sosial məsuliyyət PR strategiyasının güclü alətidir

14 Sentyabr 2026 13:34see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri