Qırğızıstan Tacikistana uçuşları bərpa edəcək
Operativ MM portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Qırğızıstan və Tacikistan iki ölkə arasında 2021-ci ildə dayandırılmış hava əlaqəsini bərpa etmək barədə razılığa gəliblər" .
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Qırğızıstan prezidenti Sadır Japarov Bişkekdə Tacikistanın rəhbəri Emoməli Rəhmonla danışıqlardan sonra deyib.
Onun sözlərinə görə, yaxın vaxtlarda tərəflər arasında avtobus reysləri də bərpa olunacaq.
Düşənbə ilə Bişkek arasında hava hərəkəti bərpa edildikdən sonra ilk uçuş martın 14-də baş tutacaq, deyə Rəhmon bildirib.
Onun sözlərinə görə, prezidentlər aidiyyəti qurumlara yerüstü nəqliyyat, o cümlədən sərhədyanı rayonlar arasında əlaqənin bərpası üçün tədbirlər görməyi tapşırıblar.
