Qırğızıstan TRASEKA nın çoxtərəfli icazələr sisteminə qoşulub
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Qırğızıstan Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRASEKA) çoxtərəfli icazələr sisteminə qoşulma prosedurlarını başa çatdırıb.
Moderator.az xəbər verir ki, bu barədə Qırğızıstanın Nəqliyyat və Kommunikasiya Nazirliyi məlumat yayıb.
TRASEKA icazəsi daşıyıcıya beynəlxalq avtomobil əlaqələri haqqında ikitərəfli sazişlərdə nəzərdə tutulan ayrı-ayrı icazələr almaq zərurəti olmadan, marşrutun keçdiyi bütün iştirakçı ölkələrin ərazilərindən avtomobil daşımaları həyata keçirmək hüququ verir.
İcazə birdəfəlik istifadə üçün nəzərdə tutulub. Bu, bir dairəvi reys çərçivəsində yüklə və yaxud yüksüz düz, eləcə də əks istiqamətdə daşıma həyata keçirməyə imkan verir, bu zaman sistemin iştirakçısı olan istənilən ölkəyə girişlərin sayı iki dəfədən çox olmamalıdır.
TRASEKA icazəsi universal xarakter daşıyır və ikitərəfli, tranzit daşımaları, həmçinin üçüncü ölkələrə/ölkələrdən daşımalar və onların müxtəlif kombinasiyaları üçün istifadə edilə bilər.
Hazırda Qırğızıstanın beynəlxalq avtomobil daşıyıcıları vahid TRASEKA çoxtərəfli icazəsindən istifadə edərək tranzit yük daşımaları, ikitərəfli daşımalar, eləcə də Ermənistan, Gürcüstan, Moldova, Rumıniya, Türkiyə və Ukraynaya və bu ölkələrdən daşımalar üçün əlavə imkanlar əldə edəcəklər.
"Bu, Qırğızıstanın beynəlxalq daşıyıcıları üçün əlverişli şərait yaradacaq, Qırğızıstan mallarının Avropa, Türkiyə və Qara dəniz regionu bazarlarına çıxışını asanlaşdıracaq, nəqliyyat xərclərinin, eləcə də çatdırılma müddətinin azaldılması hesabına ixracın rəqabət qabiliyyətini artıracaq", - nazirlikdən bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 16 Dekabr 2025 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















