Icma.az
close
up
RU
TRASEKA: Gizli və aşkar məqsədlər

TRASEKA: Gizli və aşkar məqsədlər

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


Avropa İttifaqı TRASEKA proqramını təklif edərkən üzv dövlətlərin qlobal strategiyasına uyğun olaraq bir sıra əsas məqsədləri önə çəkmişdi.
Rəsmi ifadə edilən məqsədlər içərisində alternativ nəqliyyat marşrutları vasitəsilə Avropa və dünya bazarlarına çıxışı təmin etməklə, yeni müstəqillik qazanmış respublikaların siyasi və iqtisadi sabitliyinə yardım göstərmək, üzv dövlətlər arasında gələcək regional əməkdaşlığı dəstəkləmək, Beynəlxalq Maliyyə təşkilatları və özəl investorları bu proqrama cəlb etmək və Avropa–Qafqaz–Asiya Beynəlxalq Nəqliyyat Dəhlizinin Trans-Avropa Şəbəkələri ilə optimal inteqrasiyasını təmin etmək əsas yer tuturdu.
Lakin real məqsədlər içərisində heç bir sənəddə əksini tapmayan bəzi məqamlar vardır. Avrasiya boyunca yuxarıda qeyd edilən məqsədlərə çatmaq, təchizat zəncirinin stabilliyini təmin etməkdən əlavə olaraq, Avropa İttifaqı həm də yük daşımaçılığı sahəsində Rusiya ərazilərindən olan böyük ölçülü asılılığı azaltmağa çalışırdı. Lakin buna nail olmaq çox çətin idi. TRASEKA proqramına başlayandan sonra da Rusiya ərazisi Avrasiyanın tərəfləri arasında logistik fəaliyyət üçün çox əlverişli idi. Buna görə də Avropadan Çin istiqamətindən, eləcə də Çindən Avropaya daşınan yüklərdə Rusiya torpaqları hələ də ən böyük paya malik olaraq qalmaqdadır. Hətta Avropa İttifaqı və bütün qərbin Rusiyaya aşkar və ya gizli təzyiqi, daha sonra Ukrayna və Rusiya arasında olan münaqişə səbəbindən tətbiq edilən sanksiyalar da vəziyyəti tam dəyişməyə qadir olmadı. Torpaqlarının bir ucunun Çinlə, digər ucunun Avropa ilə sərhəd olması, heç bir dənizdən keçməyə və bərələrdə təkrar yüklənmələrə ehtiyac duymayan dəmir yol imkanları Rusiyanın əlini gücləndirən böyük amil olaraq qalmaqdadır.
Tarixi
TRASEKA Proqramı ilk dəfə olaraq 1993-cü ilin may ayında Brüsseldə 8 ölkənin: Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın Ticarət və Nəqliyyat nazirliklərinin iştirak etdiyi Konfransda irəli sürüldü.
Konfrans üzvləri Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Qara dənizdən, Qafqazdan və Xəzər dənizindən keçməklə Avropadan nəqliyyat dəhlizinin inkişafına yönəlmiş TRASEKA texniki yardımın regionlararası proqramının həyata keçirilməsinə əsas verən Brüssel Bəyannaməsini qəbul etdi. 1996–1998-ci illərdə isə Ukrayna və Moldova da bu Proqrama qoşuldu.
2000-ci ilin martında Tbilisidə keçirilən TRASEKA-nın Hökumətlərarası Komissiyasının (HK) Birinci İllik Toplantısında Bolqarıstan, Rumıniya və Türkiyə TRASEKA Proqramına qoşulmaq xahişi ilə Avropa Komissiyasına rəsmi müraciət etdi və nəticədə Əsas Çoxtərəfli Sazişə üzv oldular.
2009-cu ilin iyulunda İran TRASEKA-ya daxil oldu və elə həmin il TRASEKA HK-nin yeddinci iclasının nəticələrinə görə Litvaya HK-də müşahidəçi statusu verildi. Sonrakı illərdə TRASEKA bir çox inkişaf mərhələləri keçdi.
İdarəçilik
TRASEKA Proqramı üzrə fəaliyyətin formalaşdırılması mexanizmi bütün iştirakçı dövlətlərin nümayəndələrinin iştirak etdiyi dörd sektoral işçi qrupu vasitəsilə hazırlanmışdır. Bu işçi qruplar aşağıdakılar idi:
• Ticarətin asanlaşdırılması;
• Avtomobil yolu;
• Dəmir yolu;
• Dəniz nəqliyyatı.
Bu işçi qrupları layihənin müəyyənləşdirilməsinə və Avropa Komissiyasının maliyyələşdirməsi üçün təklif olunan layihələrin təsdiqinə cavabdeh idilər.
İştirakçı dövlətlər, həmçinin ticarətin asanlaşdırılması, texniki xidmət və əməliyyatlar, reabilitasiya və modernləşdirmə sahəsində fəaliyyət tələb edən sahələrdə konkret marşrutlar üzrə ümumi razılığa gəldilər.
Eyni zamanda, əldə edilən razılığa görə bu marşrutdan kənar istənilən layihə yalnız Milli TACIS proqramları və ya digər donorlar tərəfindən maliyyələşdirilməli idi. Bununla da multimodal nəqliyyat marşrutu kimi TRASEKA konsepsiyası daha da inkişaf etdirildi. Ukrayna, Moldova və Monqolustanın TRASEKA Proqramının tam benefisiarlarına çevrilməsi barədə razılığa gəldilər.
TRASEKA Proqramının inkişaf etdirilməsi, problemlərin müəyyən edilməsi və həlli yollarının tapılması üçün İqtisadi Əməkdaşlığa əsaslanan konfranslar bir zərurət idi. Buna görə də silsiləli şəkildə beynəlxalq konfranslar keçirilməyə başladı.
Belə konfranslardan birincisi 1997-ci ilin aprel ayında “TRASEKA–Qara Dəniz İqtisadi Əməkdaşlıq Konfransı” adı ilə Tbilisidə keçirildi. 16 iştirakçı ölkənin nazirləri TRASEKA və Qara dəniz ölkələrinin Trans-Avropa Şəbəkələri çərçivəsində inteqrasiya edilməsi istəklərini ifadə etdilər. Bolqarıstan, Rumıniya və Ukrayna bu fürsətdən istifadə edərək Gürcüstan, Azərbaycan, Türkmənistan və Özbəkistan arasında nəqliyyat sahəsində ümumi siyasətin qurulmasını nəzərdə tutan sazişə qoşulmaq niyyətlərini bildirdilər.
Digər bir önəmli konfrans isə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin təşəbbüskarılığı ilə uzun sürən danışıqlardan sonra 1998-ci il 7-8 sentyabr tarixlərində Bakı şəhərində keçirilən “Tarixi İpək Yolunun bərpası üzrə beynəlxalq konfrans” oldu.
Digərlərindən daha geniş əhatəli olan bu konfransda Azərbaycan, Avstriya, Ermənistan, Belçika, Bolqarıstan, Macarıstan, Böyük Britaniya, Almaniya, Yunanıstan, Gürcüstan, İran, İspaniya, İtaliya, Qazaxıstan, Çin, Qırğızıstan, Moldova, Monqolustan, Niderland, Norveç, Polşa, Rusiya, ABŞ, Tacikistan, Türkiyə, Rumıniya, Ukrayna, Özbəkistan, Finlandiya, Fransa, İsveç, Yaponiya, Birləşmiş Millətlər Təşkilatı, Avropa Birliyi Komissiyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyinin İqtisadi Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Dəniz Təşkilatı, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Avtomobil Nəqliyyatçıları İttifaqı, Avropa Nəqliyyat Nazirləri Konfransı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Dəmir Yollarının Əməkdaşlığı Təşkilatının nümayəndə heyətləri iştirak etdilər.
Ümumilikdə konfransda 32 ölkənin və 13 beynəlxalq təşkilatın nümayəndə heyətləri iştirak etmişdir. Konfransda 9 ölkəni dövlət başçıları – prezidentlər, bir ölkəni isə Baş nazir təmsil etmişdir. Təkcə nümayəndə heyətlərinin üzvlərinin sayı 180 nəfər olan konfransın sonunda Avropa–Qafqaz–Asiya nəqliyyat dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli saziş və onun texniki əlaqələri, “Bakı Bəyannaməsi”, “Tarixi İpək Yolunun bərpası üzrə beynəlxalq konfransın yekun məlumatı” kimi beynəlxalq əhəmiyyət daşıyan 3 sənəd imzalanmışdır.
Görülən işlərin məntiqi nəticəsi olaraq, 2001-ci il fevralın 21-də Bakıda TRASEKA-nın Daimi Katibliyinin rəsmi ofisi açıldı.
Sonrakı illərdə hökümətlərarası komissiyaların iclasları və üzv ölkələrdə yeni imkanların ortaya çıxarılması üçün davamlı olaraq beynəlxalq konfranslar keçirilməyə başladı.
Perspektiv: artan problemlər
Beynəlxalq Konfranslar və Hökümətlərarası Komissiyaların iclasları TRASEKA-nın yaratdığı önəmli marşrutlar üzrə problemlərin həllinə dair bir sıra nəticələr ortaya qoysa da, yaradılarkən olan gözləntilər tam özünü doğrulda bilmədi. Bunun da bir sıra özünəməxsus səbəbləri vardır. Belə ki, marşrut boyunca yükötürmə və yüksaxlama gücünün yetərsizliyi, sistemli kommunikasiya problemləri, gömrük prosedurlarının lazımi səviyyədə olmaması, infrastruktur çatışmazlığı, tələbləri qarşılayacaq qədər proseslərin avtomatlaşdırılmaması, ölkələrarası keçidlərdə yubanmalar, coğrafi amillər və digər bir sıra səbəblər proqramın başlanğıcında qarşıya qoyulmuş məqsədlərə nail olmağa ciddi maneə yaradır.
Ən pisi isə odur ki, qeyd edilən problemlərin həlli üçün tərəfdaş ölkələr yeni təşəbbüs irəli sürərək, əlavə maliyyə qaynaqları təqdim etmirlər. Bütün bu problemlər yetərsizmiş kimi, yeni minilliyin 20-ci illərində materik üzrə geosiyasi gərginliyin artması və üfüqdə aydınlığa dair nikbinliyin yoxluğu bu proqramın perspevtivləri ilə bağlı nikbin düşünməyə imkan vermir.
Bununla yanaşı, Proqrama daxil olan bəzi ölkələr arasındakı gərginlik, bəziləri arasında davam edən müharibə və digərləri arasında ehtimal edilən perspektiv münaqişələr TRASEKA-nın başlanğıc məqsədlərinə nail olmasına uzun illər imkan verməyəcəkdir.
Eldəniz Əmirov, iqtisadçı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 13 İyun 2025 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see689

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see414

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see245

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see222

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see200

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see198

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see195

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see195

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see190

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see189

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see187

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see185

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see182

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see179

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see178

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see177

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see176

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see176

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see165

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri