Qırğızıstanda ölüm cəzasının bərpası məsələsi referenduma çıxarıla bilər
Icma.az, Apa.az saytına istinadən bildirir.
Qırğızıstan Prezidenti Sadır Japarov, ölkədə ölüm cəzasının bərpası ilə bağlı məsələnin ümumxalq səsverməsi – referendum yolu ilə həll edilə biləcəyini bildirib.
APA xəbər verir ki, dövlət başçısı bu barədə “Kabar” informasiya agentliyinə verdiyi müsahibədə danışıb.
Prezidentin sözlərinə görə, ölkə konstitusiyasına dəyişiklikləri nəzərdə tutan qanun layihəsi əvvəlcə ictimai müzakirəyə çıxarılacaq. Daha sonra isə Konstitusiya Məhkəməsi layihə ilə bağlı rəy verəcək. Əgər prosedurlar uyğun keçərsə, qanun layihəsi referendum yolu ilə qəbul oluna bilər.
“Hazırda Qırğızıstanda ölüm cəzası qadağandır və hər bir insanın yaşamaq hüququ var. Amma əgər əhalinin əksəriyyəti bu dəyişikliyi dəstəkləyərsə, yenidən seçiləcək Joqorku Keneş (Parlament) beynəlxalq müqavilələrdən çıxmaq və mövcud əmək qanunvericiliyinə və digər qanunlara dəyişiklik etmək üçün zəruri qanunları qəbul etməlidir”, - Japarov bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 04 Oktyabr 2025 13:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















