Icma.az
close
up
RU
Qırğızıstanda ağır cinayətlərə görə ölüm cəzasının tətbiqi təklif olunub

Qırğızıstanda ağır cinayətlərə görə ölüm cəzasının tətbiqi təklif olunub

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qırğızıstan Respublikasında həyat və cinsi toxunulmazlıq əleyhinə olan xüsusilə ağır cinayətlərə görə ölüm cəzasının tətbiqi ilə bağlı təşəbbüs irəli sürülüb.

Oxu.Az "AKIpress"ə istinadla xəbər verir ki, təklif Qırğızıstanın normativ hüquqi aktlarının layihələrinin ictimai müzakirəsi üçün vahid portal olan "Koom talkuu"da yerləşdirilib.

Təşəbbüsün müəllifi ölkə vətəndaşı Rüstəm Nusupovdur.

Layihədə Qırğızıstan Cinayət Məcəlləsinə dəyişiklik edilərək, istisna cəza tədbiri kimi ölüm cəzasının tətbiqi nəzərdə tutulur. Təklifə əsasən, bu cəza xüsusi amansızlıqla törədilmiş qətl, yetkinlik yaşına çatmayan şəxsin qətli, zorlama və ya cinsi xarakterli zorakı hərəkətlərlə bağlı qətl hallarına şamil olunacaq.

Eyni zamanda, ölüm cəzası yalnız hökmün qanuni qüvvəyə minməsindən və bütün məhkəmə instansiyalarından keçdikdən sonra icra edilə biləcək.

Məhdudiyyət də nəzərdə tutulur - qadınlara və yetkinlik yaşına çatmayan şəxslərə qarşı bu cəza tədbiri tətbiq olunmayacaq.

Təklifdə qeyd olunur ki, yetkinlik yaşına çatmayanlara qarşı qətl və zorakılıq hallarının artması mövcud cəza tədbirlərinin kifayət etmədiyini göstərir. Belə hallarda ölüm cəzasının tətbiqi cəmiyyətin müdafiəsinə, cinayətlərin qarşısının alınmasına və cəzanın qaçılmazlığı prinsipinin möhkəmləndirilməsinə xidmət etməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 Oktyabr 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see237

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see199

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see173

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see168

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see166

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see162

Energetik içkilərlə bağlı şok xəbərdarlıq: kor edə bilər

30 Dekabr 2025 09:06see154

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see153

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see148

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see147

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see144

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see142

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see141

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see140

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see135

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see132

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri