Qırğızıstanla hərbi əməkdaşlıq genişlənir
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan və Qırğızıstan Müdafiə nazirlikləri arasında imzalanmış 2026-cı il üzrə ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, Qırğızıstan hərbi nümayəndə heyəti ölkəmizə səfər edib.
Bakıvaxtı.az xəbər verir ki, səfər çərçivəsində qonaqlar Azərbaycan Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsində olub. Görüş zamanı baş idarənin fəaliyyət istiqamətləri barədə geniş məlumat verilib, həmçinin əməliyyatların planlaşdırılması sahəsində görülən işlərə dair brifinq təqdim olunub.
Tərəflər görüşdə iki ölkə arasında mövcud hərbi əməkdaşlığın hazırkı vəziyyətini müzakirə edib, əlaqələrin inkişaf perspektivlərini dəyərləndirib və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıblar.
Bundan əlavə, görüş çərçivəsində aktual hərbi mövzular ətrafında fikir mübadiləsi aparılıb, nümayəndə heyətini maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, əməkdaşlıq planı Azərbaycan–Qırğızıstan hərbi münasibətlərinin daha da dərinləşdirilməsini və praktiki sahələrdə qarşılıqlı koordinasiyanın gücləndirilməsini nəzərdə tutur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 22 İyun 2026 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















