Qırılan ağac 3 gündür yoldan yığışdırılmır FOTO
Icma.az bildirir, Bakupost portalına istinadən.
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi küləkli hava şəraitinə görə 52 ədəd ağac və budaq qırılması faktının aşkarlandığını açıqlamışdı.
Bakupost.az xəbər verir ki, belə hadisələrdən biri də Tbilisi prospekti, 56 ünvanında baş vermişdi.
Hadisənin üstündən bir neçə gün keçsə də, qırılmış ağac hələ də piyada səkisindən yığışdırılmayıb. Bu isə həmin yolda gediş-gəlişə mane olur. Küçə işıqları sıradan çıxdığından xüsusən də axşam saatlarında yaxınlıqdakı litseydən dərsdən qayıdan uşaqlar yolu keçməkdə çətinlik çəkirlər.
Onu da qeyd edək ki, yağışlı havalarda həmin ərazidə tez-tez oxşar hadisələr baş verir. Ərazidəki bir çox ağacların budağı quruyub. Onlar hər an məktəblilərin, eləcə də yaxınlıqdakı iş yerlərində çalışanların üzərinə aşa və bədbəzx hadisəyə səbəb ola bilər.
Hadisə yerindən fotoları təqdim edirik:
Zaur, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 07 Noyabr 2024 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















