Icma.az
close
up
RU
Qırmızı dənizdə gərginlik artır: Nəhəng internet layihəsi dayandırıldı

Qırmızı dənizdə gərginlik artır: Nəhəng internet layihəsi dayandırıldı

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

"Meta" şirkətinin 3 milyard insanı dünyaya birləşdirəcək nəhəng kabel layihəsi "2Africa", Qırmızı dənizdəki gərginliyin qurbanı olub.

Qaynarinfo xəbər verir ki, okean dibinə çəkilən 45 min kilometrlik nəhəng şəbəkə dayanma nöqtəsinə gəlib çıxarkən, bölgədəki risklər həm rəqəmsal gələcəyi, həm də iqtisadi mənfəəti təhlükəyə atır.

Dünya üzrə internet trafikin təxminən 95%-i okean dibinə çəkilən kabel şəbəkələri vasitəsilə daşınır. "Meta" rəhbərliyində həyata keçirilən "2Africa" layihəsi tamamlandığında dünyanın ən böyük dənizaltı kabel sistemi olacaq.

Afrika, Avropa və Asiya qitələrini bir-birinə bağlayacaq bu şəbəkənin 3 milyard insana yüksək sürətli internet təqdim etməsi planlaşdırılır. Lakin Yaxın Şərqdə artan gərginlik bu nəhəng sərmayəni ciddi çətinliklə üz-üzə qoyub. Bölgədəki təhlükəsizlik risklərinə görə, layihənin ən kritik keçid nöqtəsi olan Qırmızı dənizdə işlər tamamilə dayandırılıb.

Kabellərin çəkilişindən məsul olan "Alcatel Submarine Networks" (ASN) əməliyyatların təhlükəsiz davam etdirilməsinin artıq mümkün olmadığını açıqlayıb. Şirkət müştərilərinə "fors-major"  bildirişi göndərərək bölgədəki hərbi hərəkətlər və hücumların kabel gəmilərini birbaşa təhdid etdiyini bildirib.

Planlaşdırılan 45 min kilometrlik şəbəkənin böyük hissəsi tamamlanmış olsa da, layihənin "İncilər" (Pearls) adlandırılan Bəsrə körfəzi bağlantısı və Qırmızı dənizin cənubundakı strateji hissələri hələ bitirilməyib.

Bu qeyri-müəyyənlik yalnız texnologiya gecikməsi deyil, həm də ciddi maliyyə zərbəsi deməkdir. Analizlərə görə, "2Africa" layihəsi fəaliyyətə başladığı ilk illərdə Afrika ÜDM-nə 37 milyard dollar əlavə etməli idi. İşlərin dayanması isə iqtisadi canlanma gözləntilərini qeyri-müəyyən vaxta saxlayıb. Hətta münaqişələr dayansa belə, dəniz dibində qalmış partlamamış sursatların təmizlənməsi və yeni təhlükəsizlik araşdırmaları layihənin açılmasını uzun müddət ləngidə bilər.

Bu vəziyyət texnologiya nəhənglərini daha baha üsullara məcbur edir. Qırmızı dənizdəki risklərdən qaçmaq istəyən şirkətlər, kabel marşrutunu Bəhreyn və Səudiyyə Ərəbistanı üzərindən keçən quru yollarına yönəltməyi düşünür. Lakin quru üzərindən kabel çəkmək, dəniz dibinə nisbətən daha yüksək xərc tələb edir və inşaat müddətini xeyli uzadır.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 16 Mart 2026 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see304

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see290

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see268

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see266

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see261

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see259

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see258

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see249

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see240

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see239

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see233

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see225

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see222

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see221

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see219

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see217

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see217

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see217

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see212

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri