Icma.az
close
up
RU
Qırmızı planetin gələcəyi: Marsda həyat üçün yeni ssenarilər gündəmdə

Qırmızı planetin gələcəyi: Marsda həyat üçün yeni ssenarilər gündəmdə

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Uzun müddətdir müzakirə olunan "terraformasiya” (planetin yaşanıla bilər hala gətirilməsi) ideyası, yeni texnoloji inkişaflar işığında yenidən gündəmə gəldi. Tədqiqatçılar Marsda oksigen istehsalı və səthdə suyun varlığı kimi şərtlərin necə təmin oluna biləcəyini araşdırırlar.

Qaynarindo xəbər verir ki, Marsda həyat ideyası elmi-fantastika romanlarından çıxıb elmi tədqiqatların mövzusu olmağa davam edir. "Nature Astronomy” jurnalında dərc olunan yeni bir məqalə, uzun müddətdir gündəmdə olan, lakin ətraflı şəkildə əldən keçirilməyən "Marsı yaşana bilən planetə çevirmək” (terraformasiya) ideyasını yenidən müzakirəyə açır.

Pioneer Research Labs və Çikaqo Universitetindən olan tədqiqatçılar tərəfindən yazılmış araşdırma, bu çevrilmənin həqiqətən mümkün olub-olmadığını və bunun necə həyata keçirilə biləcəyini elmi baxımdan araşdırır.

Araşdırmanın müəlliflərindən olan planetoloq Nina Lanza vurğulayır ki, Marsı yaşana bilən hala gətirmək ideyası 1990-cı illərin əvvəlindən bəri ciddi şəkildə əldən keçirilməyib. Lanzanın fikrincə, o vaxtdan bəri həm Mars haqqında biliklərimiz artmış, həm də geomühəndislik, biotexnologiya və kosmik texnologiyalarda əhəmiyyətli irəliləyişlər əldə edilmişdir. Bu da terraformasiyanı nəzəriyyədən irəli apararaq daha konkret şəkildə qiymətləndirməyə imkan verir.

İlk addım: Atmosferi istiləşdirmək

Araşdırmada təklif edilən əsas ssenari, Marsın soyuq atmosferini istiləşdirərək prosesi başlamaq üzərində qurulub. Bunun sayəsində genetik cəhətdən dəyişdirilmiş mikroorqanizmaların səthdə sağ qalması və fotosintez yolu ilə oksigen istehsal etməsi mümkün ola bilər. Atmosferdəki oksigen səviyyəsi zamanla artarkən, şərait maye suyun mövcudluğuna da imkan verə bilər. Bu da daha mürəkkəb həyat formaları üçün uyğun mühit yarada bilər.

Lakin tədqiqatçılar vurğulayırlar ki, bu cür genişmiqyaslı layihələrə keçməzdən əvvəl çox əsas bəzi suallara cavab verilməlidir: Belə bir təşəbbüs həqiqətən zəruridirmi? Nə qədər baha başa gələr? Və ən əsası, bu proses nə cür risklər daşıyır? Marsın təmamən təbii vəziyyətdə qalmış təbiətini qorumaq yoxsa dəyişdirmək daha mənalıdır? Bu kimi suallar təkcə texniki deyil, həm də etik və fəlsəfi müzakirələri də özü ilə birlikdə gətirir.

Araşdırma Marsın malik olduğu resursları – su buzu, karbon qazı və torpaq quruluşu kimi – ətraflı şəkildə nəzərdən keçirir. Bundan əlavə, planetin qlobal temperaturunu onlarca dərəcə artıra biləcək bəzi yeni ideyalar da irəli sürülür. Bunlar arasında Günəş işığından daha səmərəli istifadə etmək və ya istixana qazları yolu ilə atmosferdə istiliyi həbs edərək istiləşməni təşviq etmək kimi üsullar var.

Lakin bu nöqtədə bir qeyri-müəyyənlik var: Bu ideyaların fiziki, kimyəvi və bioloji hüdudları tam olaraq məlum deyil. Tədqiqatçılar deyirlər ki, növbəti addım bu hüdudların ətraflı şəkildə araşdırılması olmalıdır.

Yalnız Marsla bağlı deyil

Terraformasiya mövzusunda olan tədqiqatlar təkcə Marsa yönəlmir; eyni zamanda Yerdəki elmi inkişaflara da töhfə verə bilər. Torpaq bərpası, quraqlığa davamlı kənd təsərrüfatı təcrübələri, inkişaf etdirilmiş ekosistem modelləşdirmə kimi sahələrdə əldə ediləcək biliklər yer üzündəki ekoloji problemlərə də işıq sala bilər.

Müəlliflər qeyd edirlər ki, Marsı dəyişdirmək ideyası nəhayət, elmi bir sınaq sahəsi təqdim edir. Belə bir layihə həyata keçməsə belə, atılacaq addımlar planetologiya üçün əhəmiyyətli məlumatlar təmin edə bilər. Mars təkcə bir hədəf deyil, eyni zamanda sərhədlərimizi və bilik çatışmazlıqlarımızı anlamaq üçün güclü bir vasitə ola bilər.

Gələcək üçün isə hələ çoxlu naməlumlar var. Lakin tədqiqatçılara görə, əgər bəşəriyyət bir gün Marsı dəyişdirməyi bacarsa, bu təkcə qonşu planetin deyil, həm də bütün insanlıq tarixinin gedişatını dəyişdirə biləcək bir addım ola bilər.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 12 İyul 2025 23:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri