Icma.az
close
up
RU
Qırmızı planetin sirri Çili səhrasındadır

Qırmızı planetin sirri Çili səhrasındadır

Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Çilinin Atakama səhrasında çoxdandır ki, qurumuş köhnə ərazi kimi tanınan Laqoa Perdida laqunu alimlər üçün əsl tapıntıya çevrilib. Marsın mənzərəsini xatırladan bu yer bu gün də tədqiq edilən Qırmızı planetdə həyatın olub-olmadığına kifayət qədər kömək edə bilər.
Reyting.az
-ın məlumatına görə, tədqiqatçıların araşdırmaları nəticəsində həmin ərazinin bir hissəsində ekstremal şəraitdə yaşaya bilən, həmçinin qədim olan çöküntülərdə üzvi birləşmələrin, eləcə də mikroskopik orqanizmlərin izləri üzə çıxıb.
Atakama səhrası dünyanın ən quraq yerlərindən biri sayılır. Səhraya demək olar ki, heç vaxt yağış yağmır, üstəlik, buradakı torpaq tamamilə duzlarla doymuş hesab edilir. Belə bir ekstremal şərait onu Marsda həyatın necə mövcud ola biləcəyini araşdırmaq üçün ideal sınaq meydançasına çevirir.
Alimlərin fikrincə, tarixi baxımdan qədim ərazi hesab olunan Laqoa Perdida laqunu çox güman ki, əvvəllər münbit olub, təxminən 9000 il əvvəl quruyub. Beləliklə, susuz səhraya çevrilən laquna geridə qədim mikroorqanizmlərin izlərini ehtiva edən böyük duz yataqları qoyub.
Elm adamlarının sözlərinə görə, onlar üçün ən əsası və vacib olan kəşf bioloji mənşəli üzvi birləşmələrdir ki, o da aşkar edilib. Alimlər deyiblər ki, bu cür strukturlar Marsda radiasiya, quraqlıq və yaxud çox yüksək dərəcədə soyuqda sağ qalmağı çətinləşdirdiyi bir şəraitdə hətta yaşaya bilərlər.
Qeyd olunur ki, bu kimi yeni tədqiqatlar yaxın gələcəkdə NASA-ya, həmçinin digər kosmik agentliklərə Mars planetində həyat əlamətlərini necə, hansı üsullarla axtarmağı əhatəli araşdırmağa və aydın anlamağa kömək edəcək.
Alimlərin açıqlamasında bildirilir ki, Laqoa Perdida və Mars planetinin şərtləri arasında mövcud olan birbaşa analogiyalar gələcəkdə elmi missiyalar üçün avadanlıqların köməyi ilə bu cür yanaşmaları sınaqdan keçirməyə tam imkan yaradır.
Alimlər həyatın bu cür ekstremal şəraitə necə uyğunlaşa biləcəyinə dair daha çox məlumat əldə etmək üçün bölgəni ətraflı tədqiq etməyi planlaşdırırlar. Mütəxəssislərin fikrincə, bu, təkcə Marsda deyil, digər planetlərdə də həyat axtarışına hazırlaşmağa kömək edəcək.
Oqtay QORÇU

Ana səhifəyə dön


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://reyting.az
archiveBu xəbər 21 Yanvar 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see571

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see289

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see256

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see252

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see245

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see245

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see243

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see239

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see227

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see172

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri