Icma.az
close
up
RU
Qırmızı Qəsəbədə qədim yəhudi qəbiristanlığı rəqəmsallaşdırılacaq

Qırmızı Qəsəbədə qədim yəhudi qəbiristanlığı rəqəmsallaşdırılacaq

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qubada yerləşən və XVIII əsrin sonlarından bu günə qədər qorunub saxlanılan yəhudi qəbiristanlıqlarının sistemli şəkildə öyrənilməsi, yəhudi irsinin qorunması, rəqəmsallaşdırılması və gələcək nəsillərə ötürülməsi məqsədini daşıyan layihə Dağ Yəhudiləri Dini İcmasının və STMEGI Beynəlxalq Xeyriyyə Fondunun dəstəyi ilə Yəhudiliyin Tədqiqi Mərkəzi “Sefer” tərəfindən həyata keçirilir. Ekspedisiyada dünyanın müxtəlif ölkələrindən gəlmiş 15 nəfərlik mütəxəssis qrupu iştirak edir.

APA xəbər verir ki, tədqiqatlar nəticəsində bütün məzarların dəqiq planının hazırlanması, baş daşlarının şəkillərinin, ölçülərinin, məzmunlarının və yerləşmə koordinatlarının vahid elektron sistemə daxil edilməsi nəzərdə tutulur. Həmçinin qəbiristanlığın dəqiq xəritəsinin çıxarılması, məzar daşlarının foto və ölçü çəkilişləri, ivrit dilindəki yazıların deşifrə edilməsi və dəfn yerlərinin elektron bazaya daxil edilməsi planlaşdırılır.

Qeyd edək ki, hazırda Qubada ümumilikdə 15 hektar ərazini əhatə edən 3 yəhudi qəbiristanlığı mövcuddur. ki, burada 3000-dən artıq məzar daşı qorunub saxlanılır. Layihə yalnız Azərbaycanın deyil, ümumilikdə Qafqaz regionunun yəhudi irsinin qorunması baxımından da əhəmiyyətli sayılır.

Məlumat üçün bildirək ki, “Sefer” Mərkəzi 2018–2020-ci illərdə Rusiya Yəhudi Konqresinin dəstəyi ilə Cənubi Dağıstanda oxşar ekspedisiyalar həyata keçirib. Həmin araşdırmalar nəticəsində Arak, Mamraç, Abasav, Xancalqala, Karçaq və digər kəndlərində 12 dağ yəhudi qəbiristanlığı öyrənilmiş, 1400-dən çox məzar daşı sənədləşdirilmişdir. Tarixi məlumatlara əsasən, Karçaq kəndindən olan yəhudi ailələrinin əksəriyyəti təqribən 200 il əvvəl Qırmızı Qəsəbəyə köç edənlərdir.

Ekspedisiyanın nəticəsi olaraq hazırlanacaq elektron kataloq vasitəsilə dünyanın müxtəlif ölkələrində yaşayan Quba mənşəli yəhudilər öz əcdadlarının məzarlarını tapmaq, başdaşlarını görmək və ailə tarixləri ilə bağlı daha geniş məlumat əldə etmək imkanı qazanacaqlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://apa.az
archiveBu xəbər 21 Avqust 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri