Icma.az
close
up
RU
Qırmızı qəsəbədə “Qurtuluş və Nicat Günü”nə həsr olunan sərgi açılıb

Qırmızı qəsəbədə “Qurtuluş və Nicat Günü”nə həsr olunan sərgi açılıb

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Quba, 27 may, Elxan Yusifli, AZƏRTAC

Qubadakı Qırmızı qəsəbədə yerləşən Dağ Yəhudiləri Muzeyində İkinci Dünya müharibəsində nasizm üzərində qələbəyə və yəhudi xalqının məhv olmaq təhlükəsindən xilasını simvolizə edən “Qurtuluş və Nicat Günü”nə həsr edilmiş sərgi açılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dağ Yəhudiləri İrsi Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə müharibə zamanı həlak olan insanların xatirəsi yad edilib.

Dağ Yəhudiləri Muzeyinin direktoru İqor Şaulov Holokost faciəsi zamanı dağ yəhudilərinin üzləşdikləri çətinliklər və onlara qarşı törədilən qətliamların icmanın tarixində və həyatında dərin silinməz iz qoyduğunu bildirib. O, qələbənin və qurtuluşun böyük qurbanlar bahasına başa gəldiyini qeyd edərək, bu tarixin daim yaddaşlarda saxlanılmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyini diqqətə çatdırıb.

İqor Şaulov tolerantlığı və multikulturallığı ilə dünya üçün nümunə olan və antisemitizmə qarşı çıxan Azərbaycanda uzun illər müxtəlif xalqların və dinlərin dinc, qarşılıqlı hörmət şəraitində yaşadığını, bu nizamın qorunub saxlanılmasında Prezident İlham Əliyevin böyük əməyinin olduğunu qeyd edib.

Sərgidə çıxış edən İsrailin Azərbaycandakı səfiri Corc Dik son illər dünyada ekstremizm və antisemitizm nümunələrinin yenidən baş qaldırdığını vurğulayaraq, bunun nəinki yəhudi xalqı, dünya üçün yeni təhlükələr yaratdığını bildirib. Səfir faciəvi tarixin bir daha təkrarlanmaması üçün dünyada yaşayan yəhudilərin birlik nümayiş etdirməsinin önəmini qeyd edib və yəhudi xalqının dünyada hər zaman sülh tərəfdarı olduğunu vurğulayıb.

İştirakçılar muzeydə qorunub saxlanılan nadir eksponatlarla və fotoşəkillərlə tanış olub, ziyarətçilərə icmanın tarixi, mədəni irsi və muzeyin bu irsin qorunmasında oynadığı rol barədə ətraflı məlumat təqdim olunub. Həmçinin Qırmızı qəsəbəyə bələdçilərin müşayəti ilə ekskursiya təşkil edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 May 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri