Icma.az
close
up
RU
15 İyun Qurtuluş Günü: Dövlətçiliyimizin Xilası, Xalqın Nicat Günü

15 İyun Qurtuluş Günü: Dövlətçiliyimizin Xilası, Xalqın Nicat Günü

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tarix hər zaman ədalətlidir. Xalqların həyatında elə anlar olur ki, bu anlar yalnız bir gün, bir qərar, bir dönüş nöqtəsi olmaqla qalmır – bir xalqın taleyini dəyişir, onun gələcəyini müəyyən edir. Azərbaycanın müasir tarixində 15 İyun 1993-cü il – Qurtuluş Günü məhz belə bir gün oldu.

1990-cı illərin əvvəllərində müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan dövləti öz tarixinin ən mürəkkəb və təhlükəli dövrünü yaşayırdı. Dövlət idarəçiliyi zəif, siyasi xaos dərin, iqtisadi vəziyyət bərbad, cəmiyyət isə ümidsiz idi. Torpaqlar işğal altına düşmüş, qanunsuz silahlı dəstələr respublikanın müxtəlif bölgələrində separatizmə rəvac vermişdi. Parlament meydan savaşı, dövlət strukturları isə səriştəsiz insanların oyuncağına çevrilmişdi. Belə bir dövrdə dövlətin varlığı, xalqın birliyi, müstəqilliyin qorunması real təhlükə altına düşmüşdü.

Amma xalqın yaddaşında bir lider, bir ümid ünvanı vardı – Heydər Əliyev.

O, artıq sovet dövründə özünü güclü dövlət xadimi, strateji düşüncəli rəhbər, xalqını qoruyan lider kimi təsdiq etmişdi. Məhz buna görə idi ki, Azərbaycan uçuruma yuvarlandığı bir vaxtda xalqın və ictimai-siyasi qüvvələrin təkidli tələbi ilə Heydər Əliyev 1993-cü ilin iyun ayında Bakıya dəvət olundu. Tarixin ironiyası idi ki, illərlə dövlət idarəçiliyindən kənarlaşdırılan bu dahi şəxsiyyət indi milli qurtuluşun yeganə alternativi olaraq xalqın ümidinə çevrilmişdi.

15 İyun 1993-cü il tarixində Milli Məclisin iclasında Prezident səlahiyyətləri rəsmi olaraq Heydər Əliyevə verildi. Bu qərar Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Xaosun qarşısı alındı, vətəndaş qarşıdurmasının sonu qoyuldu, dövlətin təməli yenidən möhkəmləndirildi. Məhz bu tarixdən sonra Azərbaycanın dövlətçilik ənənələri bərpa olundu, hüquqi, siyasi və iqtisadi islahatlara start verildi.

Heydər Əliyev çox qısa müddətdə sübut etdi ki, dövlətin xilası yalnız vətən sevgisi ilə deyil, böyük siyasi iradə, zəngin təcrübə və qətiyyətli liderliklə mümkündür. O, idarəetməyə sivil siyasi mədəniyyət gətirdi, parlamenti debat meydanına çevirdi, qeyri-peşəkar və avantürist siyasətçiləri məsuliyyətli kadrlara əvəz etdi. Azərbaycanı yenidən ayağa qaldırdı.

Onun həyata keçirdiyi neft strategiyası, 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”, ölkənin enerji müstəqilliyini təmin etməklə yanaşı, Azərbaycanın beynəlxalq aləmdə tanınmasına və iqtisadi gücə çevrilməsinə zəmin yaratdı. Yeni Konstitusiyanın qəbulu, dövlət institutlarının formalaşdırılması və xarici siyasətdə balanslı kurs ölkənin mövqeyini daha da möhkəmləndirdi.

Bu gün Azərbaycan regionun lider dövlətidir, torpaqları işğaldan azad olunub, siyasi və iqtisadi sabitlik təmin edilib. Bütün bu uğurların təməlində isə 1993-cü ilin 15 İyunu – Qurtuluş Günü durur. Bu gün yalnız təqvimdə bir tarix deyil – xalqın dövlətinə sahib çıxmasının, bir liderin xalqı ilə birləşərək tarixi dəyişməsinin simvoludur.

Qurtuluş Günü – müstəqil Azərbaycan dövlətçiliyinin yenidən doğuluşudur. Hər bir vətəndaş üçün bu gün bir dərsdir: Dərs odur ki, dövlətçilik məsuliyyətdir, liderlik isə sadəcə iradə deyil – bilik, təcrübə, xalqın etimadı və sonsuz vətən sevgisidir. Bu böyük tarixi bizə bəxş edən Ümummilli Lider Heydər Əliyevin irsi bu gün də Azərbaycanı işıqlı gələcəyə aparan əsas yol xəritəsidir.

 Abbas Pənahov,

YAP Nəsimi rayon təşkilatının sədr müavini

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 İyun 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see263

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see259

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see253

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see240

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see233

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see231

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see219

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see215

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see211

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see208

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see191

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see186

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see180

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see180

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see179

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see160

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see159

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see143

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri