Qırmızı şeytanlar 60 milyon funt sterlinqlik təklif göndərəcək
Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Mançester Yunayted" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın əsas hədəfi "Everton"da çıxış edən Cerred Brentueytdir. Bu barədə "CaughtOffside" məlumat yayıb.
"Mançester Yunayted" ingiltərəli mərkəz müdafiəçisi üçün onun klubuna yanvar ayında 60 milyon funt-sterlinqlik təklif göndərəcək.
23 yaşlı futbolçu ilə "Liverpul" da maraqlanır.
Qeyd edək ki, "Everton" Cerred Brentueyti 2020-ci ilin yanvar ayında "Çarlisli Yunayted"dən 1,1 milyon avroya transfer edib. İngiltərə U-21 millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində rəsmi matçlarda meydana çıxmayıb. Belə ki, o, hazırda zədəlidir.
saytlarin hazirlanmasi
Baxış sayı:104
Bu xəbər 25 Sentyabr 2025 20:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















