“Qırmızı şeytanlar” dirilir?
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bir vaxtlar dünyanın ən bahalı futbol klubu kimi tanınan “Mançester Yunayted” yeni baş məşqçisi ilə əvvəlki gücünə qayıtmağı hədəfləyir.
“Qafqazinfo” xəbər verir ki, klub son həftələrdə Premyer Liqa lideri “Arsenal” və “Mançester Siti” üzərində qələbə qazanıb.
Topladıqları xallarla turnir cədvəlinin 4-cü pilləsinə yüksələn “qırmızı şeytanlar” bu gün daha bir ciddi sınağa çıxacaq. Ötən ay klubun başına keçən Maykl Kerrikin komandası saat 16:30-da paytaxt təmsilçisi “Tottenhem”lə qarşılaşacaq. Londonlular bu il də qeyri-stabil nəticələr göstərir. Hazırda 29 xalla liqada 14-cü yerdədirlər.
Görüş doğma “Old Trafford” stadionunda keçiriləcək.
23 turdan sonra Premyer Liqada 4-cü yerdə qərarlaşan “Mançester Yunayted”i “Çelsi” 1 xal, “Liverpul” isə 2 xal fərqlə izləyir.
Qeyd edək ki, “Mançester Yunayted” İngiltərə futbolu tarixində ən çox titul qazanan klublardan biridir. Bir vaxtlar yaşıl meydanlarda “at oynadan” komanda indiyədək 20 dəfə Premyer Liqa, 3 dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub. Bununla belə, klub son 12 mövsümdür Premyer Liqa çempionluğunu qazana bilmir, son illərdə isə tez-tez ilk dördlükdən kənarda qalır.




Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 07 Fevral 2026 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















