Icma.az
close
up
RU
Menu

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Qırx ilin xətrinə… Dünya Türk qəhvəsi gününü qeyd edin

Qırx ilin xətrinə… Dünya Türk qəhvəsi gününü qeyd edin

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Türkiyədə dadmalı olduğunuz ən orijinal ləzzətlərdən biri olan Türk qəhvəsi, özünəməxsus dadı və dəmləmə prosesi ilə seçilir. Lakin bu torpaqlarda qəhvə sadəcə kofeinli bir içki deyil, həm də qonaqpərvərlik və dostluğun simvoludur. Türk mədəniyyətində dərin kök salmış bu ətirli içkini birlikdə içmək, insanları bir-birinə daha da yaxınlaşdıran və söhbətləri daha dərin edən dəyərli bir an sayılır. Necə deyərlər: “Bir fincan qəhvənin qırx il xətri var”. Elə buna görə də, UNESCO 2013-cü ildə Türk qəhvəsini Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil etmişdir. O zamandan bəri, 5 dekabr “Dünya Türk Qəhvəsi Günü” kimi qeyd olunur. Belə bir özəl günün şərəfinə bu xüsusi içkinin tarixini öyrənək.Qəhvənin Türk torpaqlarına gəlişi

Qəhvə Osmanlı İmperiyası dövründə Yəmən vasitəsilə Sultan Süleymanın İstanbuldakı sarayına gəlib çatmışdır. Sarayın mətbəxindəki ustalar qəhvəni hazırlamaq üçün yeni bir dəmləmə üsulu yaratmağı bacardılar. Türk qəhvəsi adını türklərin kəşf etdiyi bu bişirmə üsulundan alıb. Əvvəlcə sarayda məşhur olan Türk qəhvəsi zamanla İstanbul küçələrinə yayılmağa başladı. XVI əsrdə insanlar qəhvə içərək sosiallaşdığı ictimai qəhvəxanalar fəaliyyətə başladı. İstanbul kosmopolit və ticarət mərkəzi olduğu üçün qəhvə bir müddət sonra yenidən sərhədləri aşmağı bacardı. Tüccarlar qəhvə dənələrini uzaq diyarlara apararkən, Avropalı diplomatlar və digər rəsmi şəxslər bu qəhvə mədəniyyətini öz ölkələrində tanıtmağa başladılar.

Türk mədəniyyətinə həkk olunmuş bir ənənə

Türk qəhvəsi əsrlər boyu Türk mədəniyyətinin ayrılmaz bir hissəsinə çevrildi. Onu bu qədər unikal edən cəhət dəmləmə üsulunun dəyişməz qalmasıdır. Dadlı bir Türk qəhvəsi hazırlamaq üçün çox incə üyüdülmüş qəhvə lazımdır. Qəhvə, "cezvə" adlanan uzun saplı və tökmə dodaqlı bir qabda hazırlanır və kiçik fincanlarda təqdim edilir. Şəkər mövzusunda isə içənlər zövqə görə şəkərsiz, az şəkərli və ya şirin Türk qəhvəsini seçə bilərlər.

Türk qəhvəsi ənənəvi olaraq bir stəkan su və lokum ilə birlikdə təqdim edilir. Su, içənlərin damağını təmizləyərək qəhvənin dadını tam hiss etməsinə kömək edir. Qəhvə Türk mədəniyyətində o qədər önəmlidir ki, hətta Türk dilində səhər yeməyi anlamına gələn “kahvaltı” sözü birbaşa “qəhvədən əvvəl yemək” kimi tərcümə olunur. Türkiyədə qəhvə içmək üçün hər zaman bir səbəb var. Qəhvə hər yeməkdən sonra həzm üçün içilir, dost söhbətlərində və ya ev ziyarətlərində daima yer alır.

Belə səmimi görüşlərdə qəhvə ilə fal baxmaq da Türklərin əyləncəli bir ənənəsidir. Türklər boş vaxt olduqda, qəhvə fincanını çevririb qəhvənin dibində yaranan şəkillərdən fala baxırlar. Fincanın içindəki təsvirləri dostlarla birgə şərh etmək maraqlı bir ritualdır. Türk qəhvəsi təqdimatı dini bayramlardan nişan mərasimlərinə qədər hər xüsusi günün ayrılmaz hissəsidir.

Qurmanlar üçün Türk qəhvəsi növləri

Türk qəhvəsi gündəlik həyatın ayrılmaz bir hissəsi olsa da, onun hər bölgədə fərqli dad və hazırlama üsulları var. Məsələn, mastik ağaclarının bol olduğu Ege bölgəsində Türk qəhvəsi mastik saqqızı ilə hazırlanır. Daha meyvəli və kofeinsiz Menengiç qəhvəsi isə Qaziantep bölgəsində xüsusi bir yer tutur. Bu qəhvə cənub-şərqi Türkiyədə yetişən Pistacia terebinthus ağacının dənələrindən hazırlanır. Cənub-şərqin digər məşhur qəhvə növü olan Mırra isə Mardin və Şanlıurfa şəhərlərində məşhurdur. Kəskin ləzzəti ilə seçilən Mırra, qulpsuz kiçik fincanlarda təqdim edilir. Daha yumşaq bir ləzzətə üstünlük verənlər üçün isə Dibək qəhvəsi əvəzolunmaz seçimdir. Türk qəhvəsi bişirilmə üsullarına görə də fərqlənir: isti qumda, közdə və ya küllükdə bişirilməsi ona unikal bir dad qatır.

Köpüklü Türk qəhvəsinin sirri

Dünya Türk Qəhvəsi Gününü öz mətbəxinizdə köpüklü Türk qəhvəsi hazırlayaraq qeyd edin! Ən önəmli məqam təzə qəhvə dənələri seçməkdir. Qəhvə çox incə üyüdülməli və xüsusi bir qazanda, "cezvə"də su ilə qarışdırılmalıdır. Şəkər miqdarını zövqünüzə uyğun əlavə edə bilərsiniz. Qəhvə qaynamağa başladıqda üzərində bir köpük qatı yaranacaq. Onu diqqətlə töksəniz, köpük fincanın üstündə qalacaq. Qəhvəni bir stəkan su ilə ləzzətlə içə bilərsiniz. Yaxud bu vazkeçilməz içkini öz vətənində ən yaxşı şəkildə dadmaq üçün dərhal Türkiyəyə bir səyahət planlaya bilərsiniz.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 Noyabr 2024 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see383

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see351

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see293

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see278

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see269

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see250

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see250

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see249

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see244

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see240

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see236

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see222

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see217

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see216

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see213

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see193

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see190

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see185

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see185

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri