Icma.az
close
up
RU
Qış aylarında üzə çıxan DEMANS əlaməti: Mütəxəssislər xəbərdarlıq edir

Qış aylarında üzə çıxan DEMANS əlaməti: Mütəxəssislər xəbərdarlıq edir

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Sentyabr ayı ilə birlikdə havaların soyuması demans xəstələrində əlamətlərin şiddətlənməsinə səbəb olur. Mütəxəssislər bunun “gün batımı sindromu” (sundowning) adlanan vəziyyətdən qaynaqlandığını bildirirlər.


Sherg.az xəbər verir ki, Alzheimer Assosiasiyasının açıqlamasında deyilir: “Şəxsin davranışlarında xüsusilə günün irəliləyən saatlarında və ya gün sonuna doğru dəyişikliklər yarana bilər. Bu müddətdə hallüsinasiyalar və ya sanrılar da müşahidə oluna bilər.”

Mütəxəssislər xəbərdarlıq edir ki, gün batımı sindromu payız və qış aylarında daha da pisləşir. Bu mövsümlərdə təbii işığın azalmasının demans xəstələri üçün xüsusilə çətinlik yaratdığı, həmçinin narahatlıq və çaşqınlığı artırdığı vurğulanır.


"Psychology Today" jurnalında dərc olunmuş bir məqalədə də bu fikri dəstəkləyən açıqlamalar yer alır.


Mövsüm keçidlərinin gün batımı sindromunu tətikləyə biləcək bəzi amilləri belə sıralamaq olar:


Təbii işıq miqdarının azalması

Temperatur dəyişiklikləri

Gündəlik rejimin pozulması

Mövsümi depressiyanın artması


ƏLAMƏTLƏR HANSILARDIR?

Alimlər vurğulayır ki, gün batımı sindromu insanda normaldan daha çox çaşqınlıq, narahatlıq və hüzursuzluq yaradır. Dementia UK digər əlamətləri belə sıralayır:


Çaşqınlıq: Şəxs evində olsa da “evə getməli olduğunu” düşünə bilər. Yetkin övladlarını məktəbdən götürməli və ya işə getməli olduğunu zənn edə bilər. Ətrafındakı insanları tanımaya bilər və ya eyni sualları təkrar-təkrar verə bilər.


Anksiyete (həyəcan): Güclü çaşqınlıq şəxsin özünü təhlükəsiz hiss etməməsinə və narahat olmasına səbəb olur.


Ajitasiya (hüzursuzluq): Şəxs yerində dura bilməmə, geyimləri ilə oynama, qışqırma, mübahisə etmə kimi davranışlar göstərə bilər. Ailə üzvlərini izləyə və ya məqsədsizcə gəzə bilər. Bu davranışlar bəzən xatırladığı birini tapmaq və ya ehtiyacını ödəmək cəhdi ola bilər. Bəzən də ayaqqabı və paltosunu geyinərək evdən çıxmağa çalışa bilər.


Demans xəstələrində tez-tez rast gəlinən digər əlamətlər:

Yaddaş itkisi

Diqqəti toplamaqda çətinlik

Gündəlik işləri görməkdə çətinlik (məsələn, alış-verişdə pul üstünü qarışdırmaq)

Danışığı izləməkdə və ya söz tapmaqda çətinlik

Zaman və məkan çaşqınlığı

Əhval dəyişikliyi

"Mirror" qəzetində yer alan xəbərə görə, bu əlamətlərdən hər hansı birini tanıdığınız bir şəxsdə müşahidə etsəniz, bunun demansla əlaqəli ola biləcəyini nəzərə alaraq mütləq həkimə müraciət etməyiniz tövsiyə olunur. Erkən diaqnoz xəstəliyin gedişatını idarə etməkdə böyük əhəmiyyət daşıyır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Sentyabr 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see260

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see205

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see204

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see203

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see172

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see169

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see162

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see155

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see153

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see140

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see140

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see136

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see131

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see130

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see129

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see127

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see125

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see123

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see122

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri