Icma.az
close
up
RU
Qış kədəri: Özünüzü yaxşı hiss etməyin 3 sadə yolu var

Qış kədəri: Özünüzü yaxşı hiss etməyin 3 sadə yolu var

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Günlər qısalıb, hava tez qaralır və çoxumuz işə gedərkən və ya evə qayıdarkən qaranlığa qarışırıq. Bu dövrdə bir çox insan özünü yorğun, istəksiz və ya dalğın hiss edir. Mütəxəssislərə görə, bu əhval dəyişikliklərinin səbəbi “mövsümi affektiv pozuntu” - yəni qış depressiyası ola bilər.

Sherg.az xəbər verir ki, İngiltərə Milli Səhiyyə Xidməti (NHS) bildirir ki, əlamətlər ağırlaşdıqda peşəkar dəstək vacibdir. Amma yüngül səviyyədə hiss olunan qış kədərini bir neçə sadə dəyişikliklə azaltmaq mümkündür.

1. Məhdudiyyətləri deyil, imkanları görün

Psixoloq Kari Leibovitz, Norveçdə keçirdiyi bir qışdan sonra baxış bucağının tamamilə dəyişdiyini deyir. Günəşi aylarla görməyən Norveçlilər üçün qaranlıq bir maneə deyil, yeni təcrübələrin qapısı idi.

Leibovitzin sözlərinə görə, qışdan qaçmaq əvəzinə onunla əməkdaşlıq etmək lazımdır:

“İnsanlar bu dövrü məhdudlaşdırıcı deyil, məhsuldarlığa və sakitliyə yer açan bir zaman kimi görür.”

Ev şəraitində film gecələri təşkil etmək, yeni yeməklər bişirmək, əl işi ilə məşğul olmaq və ya qış gəzintilərinə çıxmaq - bunlar hamısı ruhu rahatladan fəaliyyətlərdir.

Leibovitzin məsləhəti sadədir:

“Nə edə bilmədiyinizə yox, bu mövsümün sizə nə verdiyinə diqqət edin.”

2. Dincəlməyi zəiflik deyil, zərurət kimi qəbul edin

Qışda enerji azalması çoxlarını tənbəl hiss etdirir. Ancaq mütəxəssislər bunun tamamilə təbii bir bioloji proses olduğunu bildirir. Leibovitz deyir:

“Bədənimiz, təbiət kimi, bu dövrdə yavaşlamağa proqramlanıb.”

Bitki tədqiqatçısı Dr. Em May Armstrong bu dövrü “aktiv istirahət” adlandırır - yəni tam dayanmaq yox, sakit, amma məhsuldar qalmaq:

“Toxumaq, köhnə əşyaları bərpa etmək və ya yeni il planları qurmaq kimi fəaliyyətlər həm dincəlməyə, həm də zehnin fəal qalmasına kömək edir.”

Qısacası, təbiət dincəlirsə, biz də ritmimizi ona uyğunlaşdırmalıyıq. Lazımsız tələsikdən uzaq, amma özümüzlə əlaqədə olduğumuz bir qış keçirmək vacibdir.

3. Sosial qalın, plan qurun

Ailə həkimi Dr. Gavin Francis bildirir ki, qış aylarında təcrid olunmaq ruh sağlamlığına mənfi təsir göstərir:

“İnsan, ən müstəqil halında belə, sosial bir varlıqdır. Birlikdə vaxt keçirmək, əhval üçün ən təbii dərmandır.”

Francis deyir ki, motivasiya aşağı olsa belə, öncədən plan qurmaq çox təsirlidir:

“Təqviminizə sizi xoşbəxt edən insanlarla görüşləri yazın. Həmin gün gəldikdə, ruh halınız aşağı olsa belə, plan sizi hərəkətə gətirəcək.”

Mütəxəssislər əlavə edirlər ki, yetərli yuxu, balanslı qidalanma və alkoqolun azaldılması da əhval-ruhiyyəni birbaşa təsirləndirir.

Francisin fikri ilə:

“Sadə görünən bu vərdişlər, qış boyu sağlam bioloji ritm və sabit zehni tarazlıq üçün əsas yaradır.”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Noyabr 2025 22:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see300

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see218

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see172

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see165

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see156

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see151

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see150

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see149

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see147

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see147

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see144

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see142

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri