Icma.az
close
up
RU
Qısa ömrün solmaz naxışları

Qısa ömrün solmaz naxışları

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fazil Salayev – 95

Azərbaycan teatr və kino aktyoru Fazil Salayev 1931-ci il sentyabr ayının 1-də Bakıda anadan olub. Atası İdris Cənubi Azərbaycandan idi. Fazil dövrünün çox şöhrətli və istedadlı meydan teatr aktyoru Lotu Cabbarın qız nəvəsi idi.

Aktyor xalqın yaddaşında “ikinci plan ulduzu”, “epizod ustası”, “Mozalan”ın qısa süjetlərinin ulduzu” kimi qalıb. Canlandırdığı obrazların tragikomik, kədərli baxışları tamaşaçıların yaddaşına həkk olunub. Oynadığı komik rollarda tamaşaçı naşı adamın müdafiəsizliyini, çaşqınlığını və sadəlövhlüyünü hiss edirdi. Bu obrazlarda impulsivlik müşayiət olunan jestlər və dəqiq hesablanmış mimika ilə birləşir. Sənətşünasların fikrincə, Fazil Salayevi istedadı və aktyorluq texnikasına görə dünyanın böyük komiklər pleyadasına aid etmək olar.

Fazil bir aktyor kimi şərti və ənənəvi olanı, komediya üsullarının milli özünəməxsusluğunu həyati müşahidələrin dəqiqliyi, müasiri və ya tarixi keçmişdən gələn qəhrəmanlarının sosial xarakteristikasının kəskinliyi ilə üzvi şəkildə birləşdirirdi. Onun aktyorluq sənətində köməksizlik, haqsızlığa uğramışlıq ambisiyalılıqla komik şəkildə qovuşurdu ki, bu da sənətçiyə böyük uğur qazandırıb.

Fazil Salayev uşaqlıqdan rəssamlığa meyl edib. Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra, 1956-cı ildə Bakı məktəblərindən birində rəsm müəllimi, daha sonra “Azərnəşr”də rəssam-tərtibatçı işləyib. Lakin təhsilini davam etdirmək istəyi və teatra olan sevgisi 1957-ci ildə onu M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutuna aparıb. Ali təhsilini başa vurduqdan sonra 1961-ci ildə həmin dövrdə M. Əzizbəyov adına olan Milli Dram Teatrının truppasına aktyor vəzifəsinə qəbul edilib. Teatrda Lütfiyar (“Əcəb işə düşdük”, Şıxəli Qurbanov) Cəlal (“Ölülər”, Cəlil Məmmədquluzadə), artist Sərxan (“Görünməmiş toy”, Qriqori Gorin və Arkadi Arkanov), musiqiçi (“Canlı meyit”, Lev Tolstoy), İkinci cin (“Pəri cadu”, Əbdürrəhim bəy Haqverdiyev) kimi həm klassik, həm də müasir rolları oynayıb.

1970-ci ilin sentyabrından Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işləməyə başlayıb. Burada çalışdığı müddətdə Vəli (“Arşın mal alan”, Üzeyir bəy Hacıbəyli), Şulu (“Əlli yaşında cavan”, Zülfüqar bəy Hacıbəyli), Şakir (“Dağlar qoynunda”, Adil İsgəndərov və Əşrəf Abbasov), Muxtar (“Həmişəxanım”, Salam Qədirzadə və Süleyman Ələsgərov), Cako (“Keto və Kote”, Viktor Dolidze) kimi tipik-xarakterik, koloritli səhnə obrazları yaradıb.

Fazil Salayevin tamaşaçı ilə aktyor arasında canlı rabitə qurmaq bacarığı vardı. O, yalnız teatra xas olan bu psixoloji effektə asanlıqla nail olurmuş. Mütəxəssislər hesab edirlər ki, Azərbaycan teatrında belə xüsusi istedada malik ikinci aktyor olmayıb. Onun komizmi də orjinal idi, plastikası da. Fazil Salayev daxili rahatlıq tapa bilmirdi, ciddi intizam, çərçivə tələb edən teatr səhnəsi ona dar gəlirdi. Onun coşqun aktyor təbiəti daim genişliyə, yeniliyə, sonsuz improvizəyə can atırdı.

Yaxşı ki, onu kinoya çəkirdilər. Aktyorun yaradıcılığına ilham, karyerasına təkan verən bir sehrli aləm də var idi ki, Fazili öz cazibəsinə sala bilmişdi, bu aləmin konkret adı vardı –kino.

O, 1975-1978-ci illərdə Cəfər Cabbarlı adına “Azərbycanfilm” kinostudiyasında işləyib. Kino üçün Fazil Salayev sirrini birinci aşkar edən, onun yaradıcılıq həyatında dönüş nöqtəsi yaradan ustad kinorejissor Həsən Seyidbəylii olub. Rejissor onu 1963-cü ildə “Möcüzələr adası” filminin çəkilişlərinə dəvət edib. Film “Neft Daşları” nda yaşayan neftçilərə, onların gündəlik həyatına, qəhrəmanlığına, yaşayışına həsr olunmuşdu. O, bu filmdə adaşı Fazil rolunu oynayıb.

Ssenariyə əsasən, filmin qəhrəmanlarından biri olan Fazil Səmayə adlı qıza aşiqdir və onlar bu əfsanəvi adada çalışırlar. Fazilin boyu Səmayədən bəstədir və buna görə də qıza sevgisini etiraf edə bilmir. Balacaboy, o qədər də yaraşıqlı olmayan, utancaq Fazili ucaboylu , gözəl qızın yanında görəndə, tamaşaçıların diqqətini məhz Fazil cəlb edir. Beləliklə, 32 yaşında o, bu filmin sayəsində məşhurlaşır. Rejissorlar onu dəvət etməyə başlayırlar, Aktyor filmlərdə müxtəlif rollarda çəkilsə də, təəssüf ki, baş rollara dəvət almayıb. Milli bədii kinematoqrafiyada “epizodik rolların ulduzu”na və ya peşəkarların slenqində “İkinci plan kinoulduzu”na çevrilib.

Aktyorun filmoqrafiyası 38 filmi əhatə edir. Bu pleyadaya Fazilin öz bənzərsiz oyunu ilə tamaşaçıların sevgisini qazandığı və xalqın yaddaşında əbədi qaldığı 21 bədii film də daxildir. Sonralar o, “Ulduz”(1964-cü il, müxbir ), “Niyə susursan?” (1966-cı il, Ramazan), “Bir cənub şəhərində” (1969-cu il, yerli sakin), “Bizim Cəbiş müəllim” (1969-cu il, Mıqqı rolu), “Axırıncı aşırım” (1971-ci il, Rəşid), “Rəqiblər” ( 1974-cü il, Fazil), “Alma almaya bənzər” (1975-ci il, Mehdi), “Dərviş Parisi partladır” (1976-cı il, Qulaməli), “Ürək... ürək...” (1976-cı il, usta), “Şir evdən getdi” (1977-ci il, yanğınsöndürən İbrahim) və digər filmlərdə çəkilib. Aktyorun iştirak etdiyi filmlər arasında rejissor Şamil Mahmudbəyovun Azərbaycan kinosunun qızıl fonduna daxil olmuş xüsusilə diqqətəşayan bir filmi var: “Şərikli çörək”. Qırçı Məhəmməd rolunu möhtəşəm şəkildə oynadığı bu filmdə Fazil Salayev sübut etdi ki, onun üçün amplua məhdudiyyəti yoxdur. Bu rol Azərbaycan kinosunda aktyorun sükutla “danışmasının” müqayisəolunmaz nümunəsidir. “Qırçı” Məhəmmədin ağıllı, lakin kədərli gözləri, unudulmaz baxışı, parlaq təbəssümü dünya kino sənəti xəzinəsinə və kino dərsliklərinə “aktyorun sözsüz artistizmi” nümunəsi kimi daxil olub. Filmdə kövrələn tamaşaçının göz yaşları qurumamış, aktyor növbəti kadrda onu güldürür. Fazil Salayevdə olan bu keyfiyyət nadir dünya kino və teatr ulduzlarına xas bacarıq idi.

Fazil Salayev “Mozalan“ satirik kinojurnalının çoxsaylı süjetlərində oynadığı rollar sayəsində də xalqın yaddaşında qalıb. O, həyatdan götürülmüş, biri digərindən maraqlı müasirlərinin tiplərini yaradıb. Onu “Mozalanın ulduzu” adlandırırdılar.

Tamaşaçılar Fazil Salayevi o dövrün məşhur “Komediya aləminə səyahət”, “Səhər görüşləri” kimi əyləncəli-satirik televiziya verilişlərindəki rəngarəng səhnəcikləri ilə də xatırlayırlar.

Xalq artisti Əliağa Ağayev deyirdi ki, Fazillə “Pəri cadu” səhnəciyində tərəf-müqabili olarkən xırda səhnə hərəkətlərində diqqətimi cəlb edən elə orijinal ekspromtlar edirdi ki, az qalırdım öz rolumun mətnini unudum. Fazil Mirmahmud Kazımovskinin quruluş verdiyi “Molla Cəbi” televiziya tamaşasında “sadəlövh, küt və bir qədər də ağıldan kəm” aşiq Əlican rolunu canlandırmışdı. Onun məhşur “Molla əmi…” ifadəsi Azərbaycan aktyorluq sənətinin dərsliklərinə daxil edilib. Ümumiyyətlə, aktyorun səhnə sərbəstliyi və improvizə məharəti təkrarsız təsir bağışlayırdı.

2004-cü ildə Mədəniyyət Nazirliyinin keçirdiyi “Mozalan”, “Biz və zaman” kino festivalınnda “Yaxşı qurtardıq!” süjetindəki oyununa görə Fazil Salayev “ən yaxşı aktyor” nominasiyasında qalib elan edilib və bu ad aktyora ölümündən sonra verilib.

Fazil Salayev özünəməxsus xarizması, orjinal oyunu ilə tamaşaçıların rəğbətini qazanan aktyor kimi xalqımızın yaddaşında silinməz iz qoyub. Bu yubiley ilində onun filmoqrafiyasina daxil olmamış, 48 il əvvəl çəkilmiş “Araşdırın!” qısametrajlı bədii filmi Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun tədris studiyasında istehsal olunub.Bu film Fazil Salayevin sonuncu çəkildiyi film kimi tarixə düşüb.

Nizami AĞAYEV,
araşdırmaçı-publisist

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Sentyabr 2026 07:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see355

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see302

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see292

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see272

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see271

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see260

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see246

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see226

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see224

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see222

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see200

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see198

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see197

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see196

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see195

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see188

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see188

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see176

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see176

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri