Icma.az
close
up
RU
Qısa ömrün əbədiyyət ünvanı

Qısa ömrün əbədiyyət ünvanı

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

“O, həmişə 18 yaşında mərd, məsum, igid bir oğul olaraq qalacaq. Balamın arzuları çox idi... Amma oğlum elə bir zirvə fəth etdi ki, indi onunla təkcə böyüdüyü el-oba deyil, bütün Azərbaycan qürur duyur. Mənim oğlumun adı Vətən müharibəsində qəhrəmanlığı ilə tarix yazan igidlərin sırasındadır”. Bunu neftçalalı şəhid Mirmöhsüm Əhmədovun anası Arzu Əliyeva deyir. Şəhid anasının sözlərinə görə, 18 yaşında əbədiyyət yolçuluğuna çıxan Mirmöhsüm qısa ömrünə böyük bir qəhrəmanlıq sığdırdı.

Mirmöhsüm Əhmədov 21 yanvar 2002-ci ildə Neftçala rayonunda anadan olub. Orta təhsilini Neftçala rayonu Elton Həbibov adına 4 saylı tam orta məktəbdə başa vurub. Ardınca Bakı Biznes və Kooperasiya Kollecində təhsilini davam etdirib.

Mirmöhsüm 13 iyul 2020-ci ildə həqiqi hərbi xidmətə yollanıb və 27 sentyabrda başlanan İkinci Qarabağ müharibəsində iştirak edib. O, Füzuli, Xocavənd və Qubadlı istiqamətində gedən döyüşlərdə şücaət göstərib, 28 oktyabrda Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Mirmöhsüm doğulub boya-başa çatdığı Neftçala rayonunda torpağa tapşırılıb. Arzuları da özü kimi gənc idi. Polis olmaq, asayişi qorumaq və qanun keşiyində dayanmaq istəyirdi. Yaşıdlarından fərqlənirdi. Sakit, mehriban, hər kəsin köməyinə yetən biri idi. Anasını çox sevirdi. “Ana, Vətən sənsən” deyirdi həmişə. Vətəni anası qədər əziz bilirdi. Uşaq yaşlarından evdə “Vətən bizim anamızdır, onun bir qarış torpağı düşmən əsarətində qalmamalıdır” cümləsini də tez-tez işlədərdi.

Şəhidin anası Arzu Əliyeva deyir ki, arzusu polis olmaq idi. Şərəfli peşəni yerinə yetirmək istəyirdi. Polis ola bilməsə də, şəhid oldu. Ən uca zirvəyə yüksəldi. Mirmöhsüm ilə saatlarla, günlərlə, aylarla danışsam da, doymaram. Bir şəhid anası kimi qürur duyuram oğlumla.

Arzu ana daha sonra bildirir ki, şəhidlər ölmür, onlar daim uca zirvədədirlər. Bu isə ona təsəllidir.

Mirmöhsüm Vətənə borcunu ödəmək üçün sanki tələsirdi. Səbirsizliklə hərbi xidmətə çağırılacağı günü gözləyirdi. Çağırış zəngi gələndə ailəsi ilə sevinərək sağollaşıb. 2020-ci il iyulun 13-də hərbi xidmətə yollanıb. Səhhətinə görə dörd dəfə əməliyyat olunan Mirmöhsüm Vətən müharibəsinin ilk günlərindən döyüşə atılır. Ailəsi onun bu istəyinə qarşı çıxmaq istəsə də, qəhrəman əsgər inadından dönmür. Qubadlı, Xocavənd və Füzuli uğrunda gedən döyüşlərdə böyük şücaət göstərir. Füzuli istiqamətində gedən ağır döyüşlərin birində qəhrəmancasına şəhid olur. Mirmöhsüm qonşuların, qohumların, dostlarının da sevimlisi idi.

Şəhidin dayısı Rauf Əliyev onun döyüş yolundan danışaraq qeyd edir ki, Mirmöhsümün döyüş yolu Füzulidən başladı. Qanlı döyüşlər gedirdi. Qəhrəmancasına döyüşüb, baxmayaraq ki, gənc əsgər idi. Həqiqətən də qorxu deyilən hissi yox idi. Müharibədən sonra bizə dedilər ki, əsgər yoldaşı yaralanmışdı. Mirmöhsüm onu kürəyinə alaraq arxaya gətirib, yenidən döyüşə qayıdıb və şəhidlik zirvəsinə yüksəlib.

Prezident İlham Əliyevin Sərəncamına əsasən, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi və şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə şəhid Əhmədov Mirmöhsüm Mirdaməd oğlu ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və “Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Mirmöhsüm 18 illik ömrünə bütöv bir qəhrəman taleyi yaza bildi. Elə tale ki, həmişə danışılacaq.

M.MİRZƏ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Oktyabr 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see751

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see304

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see285

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see274

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see254

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see244

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see238

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see235

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see219

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see208

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see196

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see190

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see190

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see185

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see184

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see184

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see179

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see176

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see175

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri