Icma.az
close
up
RU
Qışda ilk yeyilən pomidor turşuları: 1 litrlik banka üçün 3 fərqli resept

Qışda ilk yeyilən pomidor turşuları: 1 litrlik banka üçün 3 fərqli resept

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yay aylarında qış tədarükü hazırlayan evdar qadınlar üçün pomidor konservləri ən məşhur seçimlərdən biridir. 
Demokrat.az
1 litrlik banka üçün hazırlanmış üç fərqli pomidor konservi resepti təqdim edir.
Sarımsaqlı "qar altında" pomidor
Sarımsaq bankanın dibində ağ təbəqə əmələ gətirdiyi üçün pomidorlar sanki qarla örtülmüş kimi görünür. Bu üsul konservə həm fərqli görünüş, həm də özünəməxsus dad verir.
İnqrediyentlər:
* 600 qram kiçik pomidor
* 2 xörək qaşığı duz
* 1,5 xörək qaşığı şəkər
* 3 diş sarımsaq
* 1 xörək qaşığı 9%-li sirkə
Hazırlanması:
Pomidorları yuyun, zədələnmişlərini ayırın. Banka və qapaqları əvvəlcədən sterilizasiya edin.
Pomidorları bankaya sıx şəkildə düzün, üzərinə qaynar su tökün, qapağı bağlayın və 20 dəqiqə saxlayın. Sonra suyu qazana boşaldın.
Marinadın hər litrinə 2 xörək qaşığı duz və 1,5 xörək qaşığı şəkər əlavə edib qaynadın.
Əzilmiş sarımsağı pomidorların üzərinə əlavə edin, 1 xörək qaşığı sirkə tökün, sonra qaynar marinadı bankaya doldurun və qapağı möhkəm bağlayın. Bankanı tərs çevirib dəsmala bükərək soyumağa qoyun.
Təbii pomidor konservi (sirkəsiz)
Öz şirəsində hazırlanan bu resept pomidorun təbii dadını qoruyur və sirkədən istifadə olunmur.
İnqrediyentlər:
* 450–550 qram kiçik pomidor
* 600 qram yetişmiş iri pomidor
* 1 çay qaşığı duz
* 1 çay qaşığı şəkər
* 1 dəfnə yarpağı
* Bir neçə dənə qara istiot
Hazırlanması:
Kiçik pomidorları yuyun, diş çöpü ilə bir neçə yerdən deşərək bankaya yerləşdirin.
İri pomidorları blenderdə püre halına salın. Hər litr püre üçün duz, şəkər, dəfnə yarpağı və istiot əlavə edib qaynadın, sonra zəif odda 5–7 dəqiqə bişirin.
Hazır pomidor şirəsini bankadakı pomidorların üzərinə tökün. Bankanı dibinə dəsmal sərilmiş qazanda su hamamında 15–20 dəqiqə sterilizasiya edin. Daha sonra qapağı bağlayıb sərin yerdə saxlayın.
Yerkökü yarpağı ilə pomidor konservi
Yerkökünün yaşıl yarpaqları pomidora yüngül ətir və fərqli dad verir.
İnqrediyentlər:
* 700 qram bərk yetişmiş pomidor
* 3–4 budaq yerkökü yarpağı
* 1 xörək qaşığı duz
* 1,5 xörək qaşığı şəkər
* 1 xörək qaşığı 9%-li sirkə
Hazırlanması:
Sterilizasiya olunmuş bankaya diş çöpü ilə deşilmiş pomidorları və yerkökü yarpaqlarını yerləşdirin.
Üzərinə qaynar su töküb 15–20 dəqiqə saxlayın. Sonra suyu qazana boşaldın, duz, şəkər və sirkə əlavə edib qaynadın.
Hazır marinadı yenidən bankaya tökün, qapağı möhkəm bağlayın və sərin, qaranlıq yerdə saxlayın.
Jalə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Avqust 2026 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri