Icma.az
close
up
RU
Qışda ucuz qiymətə dondurulmuş yay meyvəsi Mütəxəssisdən xəbərdarlıq

Qışda ucuz qiymətə dondurulmuş yay meyvəsi Mütəxəssisdən xəbərdarlıq

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son günlər subliminasiya olunmuş, yəni, dondurularaq qurudulmuş meyvələr və bu texnologiya ilə hazırlanan məhsullar ölkədə geniş yayılaraq trendə çevrilib. Bu, həm sağlam qida seçimlərinə marağın artması, həm də yeni texnologiyaların qida istehsalında tətbiqi ilə bağlı müzakirələri gündəmə gətirib.
Qida eksperti İlkin Şirinov Demokrat.az-a açıqlamasında bildirib ki, istər müasir texnologiyalarla, istərsə də ev şəraitində qurudulmuş meyvələrin həm faydalı, həm də zərərli tərəfləri var:
"Əvvəla, meyvələrin qurudulmasında gigiyena qaydalarına ciddi şəkildə əməl olunmalıdır ki, bu, hər kəs üçün vacibdir. Subliminasiya prosesi ilə qurudulmuş meyvələrdə, yəni vakum altında buzun birbaşa buxara çevrilməsi yolu ilə suyun çıxarılması nəticəsində məhsul uzun müddət saxlanıla bilir. Bu prosesdə meyvələr həm dadını, həm də mümkün qədər zülal, mineral maddə və vitaminlərini qoruyur. Bununla belə, suda həll olan bəzi vitaminlər bu prosesdə müəyyən dərəcədə itə bilər".
O, bildirib ki, bu qidalarda risklər də mövcuddur: 
"Əgər məhsula əlavə dadlandırıcılar, rəngləyicilər və şəkər qatılarsa, bu, insulin müqavimətinin pozulmasına, alerjik reaksiyalara və digər sağlamlıq problemlərinə səbəb ola bilər. Bundan əlavə, qurudulmuş məhsullar rütubətə həssasdır, düzgün saxlanılmadıqda mikroorqanizmlərin böyüməsi, toksinlərin əmələ gəlməsi və şəkərin miqdarının artması riski yaranır".
Ekspert bildirib ki, məhsulların üzərində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin tələblərinə uyğun olaraq markalanma, saxlama şəraiti və müddəti qeyd edilməlidir:
"Keyfiyyətsiz məhsullar həm mikrobioloji, həm kimyəvi, həm də fiziki risklər daşıyır. Təbii ki, bütün bu qaydalara əməl olunarsa, məhsullar təhlükəsiz hesab edilə bilər. Məhsulu satışa çıxaran şirkətlər sertifikatlı olmalı, sertifikatsız məhsullar isə birbaşa insan sağlamlığı üçün risk təşkil edir".
Qeyd edək ki, sublimasiya olunmuş məhsullar sağlamlıq baxımından faydalı olsa da, istehsal və saxlanma zamanı gigiyena və keyfiyyət standartlarına əməl olunması vacibdir. 
Əfsanə Kamal
Demokrat.az

 
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Yanvar 2026 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri