Icma.az
close
up
RU
Qışda xəstəliklərdən qorunmaq üçün nələr etməliyik? Mütəxəssisdən MƏSLƏHƏT

Qışda xəstəliklərdən qorunmaq üçün nələr etməliyik? Mütəxəssisdən MƏSLƏHƏT

Sfera.az saytına istinadən Icma.az xəbər verir.

Qış fəslində soyuq hava, azalan günəş işığı və insanların qapalı mühitlərdə daha çox vaxt keçirməsi orqanizmə təsirsiz ötüşmür. Bu dövrdə immun sistemi zəiflədiyi üçün xəstəliklərə qarşı müqavimət azalır, xroniki xəstəliklər kəskinləşir, müxtəlif qrip və soyuqdəymə kimi xəstəliklərə yoluxma riskləri artır. Statistikaya görə, respirator virus infeksiyalarının artması da məhz bu mövsümə təsadüf edir. 

Bəs sağlamlığımızı qorumaq üçün nələrə diqqət etməliyik? Hansı ehtiyat tədbirləri görməliyik?


Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında səhiyyə mütəxəssisi Zeynəb Səlimova bildirib ki, qış soyuqdəymə və qripin vüsət aldığı fəsildir. Buna səbəb havanın temperaturunun dəyişməsi, soyuq hava ilə əlaqədar insanların ən çox qapalı məkanlarda vaxt keçirməsi, günəşsiz günlər, qida məhsullarının vitaminsizliyidir.

Onun sözlərinə görə, qışda kalorili qida qəbul etmək olmaz:

“Mentalitetimizə uyğun olaraq qışda azərbaycanlıların əksəriyyəti havalar soyuyan, qar yağan kimi kalorili qidalardan istifadə edirlər.Lakin bunun tam əksi olaraq vitaminli qidalar qəbul etmək, havanın temperaturuna uyğun geyinib gəzintiyə çıxmaq, bədəni möhkəmləndirmək üçün bədən tərbiyəsi, idmanla məşğul olmaq lazımdır”.

Mütəxəssis soyuqdəymə və qrip arasındakı əsas fərqləri izah edib:

“Soyuqdəymə yuxarı tənəffüs yollarının viral infeksion xəstəliyidir. Ümumi zəiflik, burundan axıntı, asqırma, yüngül hərarət kimi simptomlarla müşaiət olunur. İmmuniteti gücləndirmək, bol maye qəbul etmək ,simptomatik müalicə aparmaq lazımdır. Qrip isə influenza virusunun törətdiyi ağır yoluxucu infeksion xəstəlikdir. Yüksək hərarət, titrətmə, üşütmə, burundan axıntı və ya əksinə burun turulması,baş ağrısı kimi simptomlarla keçir. Nəzarətsiz qaldıqda pnevmoniya, yuxarı tənəffüs yollarının iltihabı xəstəlikləri ilə ağırlaşa bilər. Vaxtında həkimə müraciət, istirahət, bol maye qəbul etmək lazımdır”. 

Z.Səlimova xəstəliklərdən qorunmaq üçün tövsiyələr verib:

“Qrip və soyuqdəymə kimi xəstəliklərdən qorunmaq üçün immuniteti möhkəmləndirmək, idmanla məşğul olmaq, rasionda təbii, vitaminli qidalara üstünlük vermək, yuxu və istirahət rejiminə əməl etmək lazımdır. Evdən çıxarkən havaya uyğun geyinmək lazımdır. Nə çox nazik, nə də çox isti geyinmək məsləhət görülür. Qripdən qorunmaq üçün vaksinasiya olunmaq yoluxma hallarının və ağırlaşmaların azalmasına səbəb ola bilər”.


Firuzə Əliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:294
embedMənbə:https://sfera.az
archiveBu xəbər 19 Dekabr 2024 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri