Icma.az
close
up
RU
Qismət Alıyev: Rəşad Sadıqov məhz onu əsas heyətdə meydana buraxır

Qismət Alıyev: Rəşad Sadıqov məhz onu əsas heyətdə meydana buraxır

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Zirə"nin kapitanı Qismət Alıyev Sport24.az saytına müsahibə verib.
- "Neftçi" ilə kubok matçında qələbə qazandınız. Qalibiyyətdə əsas nə rol oynadı?
- "Kəpəz"lə Yevlaxdakı matçdan qayıtdıqdan sonra "Neftçi" ilə oyuna hazırlaşmaq üçün vaxtımız çox olmadı. Bir az yorğunluq olsa da, bilirdik ki, çempionat necə vacibdirsə, kubok görüşü də önəmlidir. Oyuna ilk dəqiqədən hər iki komanda çox istəkli, diqqətli başlamışdı. İstər biz, istərsə də onlar bilirdi ki, cüzi səhvlərdən qapımızda qol görə bilərik. Bəlkə də, bolqollu, təhlükəli epizodları çox olan oyun olmadı. Amma düşən fürsətdən biz yararlanıb, kubokda 1/4 finala adlaya bildik.
- Matç əlavə vaxtın son saniyəsinə kimi gərgin getdi. Səncə, əsas vaxtda istədiyiniz nəticəni qazana bilməmənizə səbəb nə idi?
- Çempionatda 13-cü turdur, komandalar getdikcə bir-birini daha yaxşı tanımağa başlayır. Çempionatda da "Neftçi" ilə oynamışdıq. Onlar bizim, biz də onların oyun stilinə bələdik. İstər liqa, istərsə də kubok, komandalar bir-birini daha yaxından tanıyır. Oyun ortada getdi. Bizim də imkanlarımız oldu. Fərqlənsəydik, bəlkə tam başqa cür olardı. "Neftçi" də yaxşı mübarizə apardı. Biz özümüzü 120 dəqiqəyə hazırlamışdıq. 116-cı dəqiqədə qol vurmağımız bizi tura gətirdi.
- "Zirə"nin tarixi ərzində titulu yoxdur. "Neftçi" kimi komandanı 1/8 finalda keçdiniz. Bu matçdan sonra sizdə motivasiya verə bilər ki, artıq titul qazanmaq vaxtıdır?
- 1/8 final mərhələsinə baxdıqda, demək olar ki, ən çətin rəqib bizdə idi. Bəlkə də, çox komanda bu oyunu finalda və ya yarımfinalda gözləyirdi. Ən çətin rəqib bizdə idi, istərsə də "Neftçi" də eyni şeyi deyə bilər məncə. İki dəfə kubokda final oynadıq. Hər ikisində də yaxın olmuşduq. Bəlkə də bizim üçün bu mövsüm elə şans olar ki, azarkeşlərimizə kuboku gətirərək onları sevindirək.
- Amma "Zirə" son mövsümlər mükafatçılar sırasına düşür, avrokuboklara vəsiqə qazanır, stabil çıxış edirsiz. Bunun açarı nədir?
- Kollektivimizdə olan insanların hamısı futbola bağlı, futbolu sevən adamlardır. İstər rəhbərlik, istər məşqçilər korpusumuz olsun, futbolçular... İlk növbədə komandada mehribançılıq lazımdır. İki mövsüm əvvəl Konfrans Liqasında pley-off mərhələsinə qədər getdik. Son mövsüm mərhələ keçə bilərdik, heyətdə zədəlilər oldu deyə, mərhələ adlaya bilmədik. İldən-ilə komandamız inkişaf etməyə çalışır. Biz də əlimizdə düşən, istər belə matçlar, istərsə də avrokuboklarda oynayaraq, inkişaf etməyə çalışırıq. İki il də bunun nümunədir. Artıq "Neftçi" ilə oyunu unudub, qarşıdakı "Qarabağ"la görüşü düşünürük. Bilirik ki, qalib gəlsək, bəlkə də turnir cədvəli başqa cür olar. Məqsədimiz qarşıdakı matçlardadır.
- "Qarabağ"ı məğlub etsəniz, komanda çempionluq üçün oynaya bilər?
- "Qarabağ"ın gücü hər kəsə məlumdur. ÇL-də ölkəmizi, futbolumuzu layiqincə təmsil edirlər. Birinci oyunumuz heç-heçə bitmişdi. Bilirik ki, "Qarabağ"la oynayan bütün komandalar üçün çətindir. Vaxtımız azdır. Artıq bu oyuna köklənirik. Məqsədimiz çıxdığımız matçlarda qalib gəlməkdir.
- Legionerlər indi daha çox gəlir liqaya, çünki limit yoxdur. Səncə, legionerlərin səviyyəsi liqaya necə təsir edir? Rəqabət aparmaq olur?
- Çox adam deyə bilər ki, legioner limiti yığışdırıldıqdan sonra azərbaycanlı futbolçunun oynamaq şansı az ola bilər. İstər bizim komandada, istərsə də digər komandalarda olsan, yaxşı formada olsan, məşqlərdə özünü yaxşı tərəfdən göstərə bilsən, məşqçiyə nə fərqi var ki, istər yerlini heyətə buraxsın, yoxsa legioneri? Mən öz komandamdan misal gətirə bilərəm. Bizdə kim formadadırsa, kim hazırdırsa, istər yerli və ya legioner olsun, fərqi yoxdur, Rəşad Sadıqov məhz onu əsas heyətdə meydana buraxır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://sport24.az
archiveBu xəbər 04 Dekabr 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see163

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see133

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see132

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see130

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see130

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see124

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri