Icma.az
close
up
RU
Rəşad müəllim heç vaxt penaltini qaçırmağa görə cəza verməz Qismət Alıyev

Rəşad müəllim heç vaxt penaltini qaçırmağa görə cəza verməz Qismət Alıyev

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Zirə" 31 turdan sonra 61 xalla 2-ci pillədə qərarlaşıb və mövsümü elə burda bitirməyə çox yaxındı.

"Qartallar" uğurlu nəticələr qazanmağa davam etsə, buna nə "Araz-Naxçıvan" mane ola biləcək, nə də "Turan Tovuz". Qəsəbə təmsilçisinin əsas hədəfi mövsümü 2-ci pillədə başa vurmaqdı. Hələ onu demirik ki, "köhlən atlar" ölkə kubokunun qalibi olsa, yenidən Avropa Liqasında mübarizə aparacaq. "Zirə"nin kapitanı Qismət Alıyevlə söhbətimiz məhz bu məsələlər ətrafında baş tutdu.
- "Neftçi" ilə matçda əzmkar qələbə qazandız. "Zirə" mövsüm ərzində ikinci dəfə göstərdi ki, 0:2 hesabı hələ məğlub olmaq deyil. 21-ci turda "Qarabağ"ı qəbul etdiyiniz oyunda da sonradan qollar vuraraq qələbə qazanmışdız (3:2 - red.). Hər halda, premyer-liqa çərçivəsində 7 il idi "Neftçi Arena"da qalib gəlmirdiz...
- "Neftçi" son oyunlarda çox inamlı çıxış edirdi. Bizimlə oyundan əvvəl "Şamaxı"ya qalib gəlmişdilər. Bu matç ikinci pillədəki mövqeyimizi möhkəmləndirmək baxımından çox önəmli idi. Vacib qələbə qazandıq. Bəli, "Neftçi Arena"da keçirilən kubok matçlarında qələbə qazansaq da, premyer-liqayla bağlı uğursuz seriya var idi. Sevindirici haldı ki, tilsimi qırdıq.
- Diqqətimi çəkən məqamlardan biri də "Neftçi"nin qapısına təyin edilən penaltiləri sənin yox, Rafael Utziqin yerinə yetirməsi oldu. Etiraf edim ki, dərhal Rəşad Sadıqovun səni cəzalandırdığını düşündüm. Axı 29-cu turda "Qarabağ"la səfər matçında 90+9-cu dəqiqədə təyin edilən və komandana xal qazandıracaq penaltini dəqiq yerinə yetirə bilməmişdin.
- Belə deyil. Penaltiləri dəyərləndirəcək futbolçular əvvəldən bilinir. Rəşad müəllim heç vaxt penaltini qaçırmağa görə cəza verməz. Komandada penaltini ya mən vururam, ya da Rafael. Bu dəfə topun arxasına o keçdi.
- "Zirə" qalib gəldikcə "Qarabağ"ın çempionluğu yubanır. Düzdü, 32-ci turdan sonra bu limit tükənə, 15 xal fərqini aradan qaldırmaq riyazi cəhətdən mümkün olmaya bilər. Lakin bu məqamı komandanın motivasiya mənbələrindən biri kimi qəbul etmək olarmı?
- Xeyr. Biz yalnız özümüzə, komandamızın inkişaf etməsinə, daha böyük uğurlar qazanmaq hədəfinə köklənmişik. Əsas məqsəd həmişə növbəti oyuna hazırlaşmaq və gücümüzdən maksimum istifadə etməkdi.
- Ardıcıl ikinci mövsümdü "Qarabağ"ın ən yaxın izləyicisisiz. Demək olarmı ki, "Qarabağ"dan sonra ən güclü komanda məhz "Zirə"di?
- Ötən "futbol ili"ni ikinci sırada başa vurduq, ölkə kubokunda isə finala qədər irəlilədik. Bu mövsüm kubokda mübarizəni dayandırdıq. Amma yenə də ikinci pillədə qalmaq şansımız var. Düşünürəm ki, çempionatın səviyyəsi ildən-ilə yüksəlir. Ötən mövsüm avrokuboklara vəsiqə qazanmaq uğrunda böyük mübarizə gedirdi. Bu dəfə də belədi. "Qarabağ"ı çıxmaq şərtiylə, hansı klubun hansı sırada qərarlaşacağı son tura qədər bəlli olmaya bilər.
- Görünür, iddialı danışmaq niyyətində deyilsən... Bəs səncə, avrokuboklara yollanacaq 4 komanda hansılar olacaq? İisini mən deyim: "Qarabağ", "Zirə...
- Məncə, Avropa Liqasına və Konfrans Liqasına hansı komandaların gedəcəyi hələ sual altındadı. Bəli, ikinci pillədəyik. Amma "Araz-Naxçıvan"la arada cəmi 8 xal fərqi var. Həmçinin qarşıda hələ 6 tur qalıb. Deməli, bizim işimiz öz yerimizi möhkəm saxlamaq və hadisələrin axarının nə ilə nəticələnəcəyini gözləməkdi.
- Çempionatın səviyyəsinin ildən-ilə yüksəldiyini dedin. Səninlə başqa statistikanı da bölüşüm. Belə ki, "Qarabağ" ötən mövsüm premyer-liqanı "Zirə"dən 25 xal öndə bitirdi. İndi isə arada 15 xal fərq var. Bununla yanaşı, komandan ötən "futbol ili"ni 58 xalla başa vurmuşdusa, indi 30 tur ərzində həmin xalı topladı. Səncə, "Qarabağ" zəifləyib, yoxsa qalan komandalar, xüsusilə "Zirə" güclənib?
- "Qarabağ"ın zəiflədiyini düşünmürəm. Sadəcə, premyer-liqada reqlamentin dəyişməsindən, yəni sonuncu pillədəki komandanın yarışı tərk etməyə başlamasından sonra klubların məsuliyyəti artıb. Bilirik ki, axırıncı sırada olsaq, 1-ci liqaya gedəcəyik. Bu səbəbdən klublar inkişaf etməyə çalışır ki, nəticədə çempionatın səviyyəsi artır. Məhz bu illə bağlı güclənməyimizə gəlincə, məncə, qol vurmaq baxımından daha məhsuldar olmuşuq.
KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 Aprel 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see204

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see189

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see172

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see145

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see143

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see138

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri