Qitə birinciliyinin bütün iştirakçıları müəyyənləşdi
Footbal-plus saytına istinadən Icma.az xəbər verir.
Qadın voleybolçular arasında Avropa çempionatının bütün iştirakçıları dəqiqləşib. Qrup oyunlarının yekununa əsasən 2026-cı ildə keçiriləcək final mərhələsində mübarizə aparacaq 24 komanda bəlli olub.
Vaxtından əvvəl qrup birinciliyini təmin edən Almaniya, Belçika, Sloveniya, İspaniya və Yunanıstan, həmçinin son turdan öncə iştirakını rəsmiləşdirən Rumıniya və Monteneqroya Xorvatiya da qoşulub. Sonuncular seçmə mərhələni lider kimi bitirib. 7 qrupda 5 ən yaxşı ikinci yerin sahibi – Avstriya, Latviya, Macarıstan və Portuqaliya da AÇ-2026-ya vəsiqə qazanıb. Rumınlar son turda uduzduqlarından “beşliy”i tamamlayıblar.
Beləliklə, Azərbaycan, Türkiyə, Çexiya və İsveçin evsahibliyi edəcəyi turnirə qatılacaq 24 komanda müəyyənləşib.
Ev sahibi kimi: Azərbaycan, Türkiyə, Çexiya, İsveç
AÇ-2023-ün nəticəsinə əsasən: Serbiya, Niderland, İtaliya, Polşa, Fransa, Bolqarıstan, Ukrayna, Slovakiya
AÇ-2026-nın seçmə mərhələsi
Qrup qalibi kimi: Almaniya, Belçika, Sloveniya, İspaniya, Yunanıstan, Monteneqro, Xorvatiya
Ən yaxşı qrup ikinciləri kimi: Rumıniya, Avstriya, Latviya, Macarıstan, Portuqaliya
Xatırladaq ki, Avropa çempionatı gələn il avqustun 21-dən sentyabrın 6-dək keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 12 Avqust 2025 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















