Avropa Liqasında pley offun bütün iştirakçıları müəyyənləşdi
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
Ümumi mərhələnin səkkiz turundan sonra Avropa Liqası çempionluğu uğrunda mübarizəni davam etdirəcək 24 komanda açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, ümumi mərhələdə otuz altı komanda iştirak edib.
İlk səkkiz komanda 1/8 finala vəsiqə qazanıb. 9-cu yerdən 24-cü yerə qədər olan klublar 1/8 finala vəsiqə qazanmaq üçün pley-off mərhələsində oynayacaqlar.
1/8 finala vəsiqə qazanan komandalar Fransanın “Lion”, İngiltərənin “Aston Villa” (hər ikisi 21 xal), Danimarkanın “Midtyullan” (19 xal), İspaniyanın “Betis”, Portuqaliyanın “Porto” və “Braqa”, Almaniyanın “Frayburq” (hər biri 17 xal) və İtaliyanın “Roma” (16 xal) komandaları olub.
1/8 finala vəsiqə uğrunda matçlarda Belçikanın “Genk” (16 xal), İtaliyanın “Bolonya”, Almaniyanın “Ştutqart”, Macarıstanın “Ferensvaroş” (hər biri 15 xal), İngiltərənin “Nottinqem”, Çexiyanın “Viktoriya”, Serbiyanın “Srvena Zvezda” (hər biri 14 xal), İspaniyanın “Selta” (13 xal), Yunanıstanın “PAOK” və “Panatinaikos”, Fransanın ”Lill”, Türkiyənin “Fənərbağça” (hər biri 12 xal), Şotlandiyanın “Seltik” (11 xal), Bolqarıstanın “Ludoqorets”, Xorvatiyanın “Dinamo Zaqreb” (hər ikisi 10 xal) və Norveçin “Brann” (9 xal) komandaları oynayacaq.
Pley-off mərhələsinin püşkatması 30 yanvarda keçiriləcək. İlk oyunlar 19 fevralda, cavab oyunları isə 26 fevralda baş tutacaq. 1/8 finalın açılış oyunları 12 martda, cavab oyunları isə 19 martda keçiriləcək.
Final oyunu 20 mayda İstanbulda keçiriləcək.
Bu mövzuda digər xəbərlər:Avropa Liqasında pley off cütləri müəyyənləşdi
04 Avqust 2025 18:13
Avropa Liqasında pley offun püşkü atıldı
31 Yanvar 2025 16:28
Avropa Liqasında pley offun qalibləri müəyyənləşir
20 Fevral 2025 10:34
Gənclər arasında dünya çempionatı: Pley offun bütün iştirakçıları müəyyənləşdi
06 Oktyabr 2025 08:40
Çempionlar Liqasında pley offun TƏQVİMİ
01 Fevral 2025 10:08
Baxış sayı:93
Bu xəbər 30 Yanvar 2026 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















