Icma.az
close
up
RU
“Qiyamət Günündə veriləcək bu 5 suala aydın cavab vermək gərəkdir...” CÜMƏ BƏHSLƏRİ

“Qiyamət Günündə veriləcək bu 5 suala aydın cavab vermək gərəkdir...” CÜMƏ BƏHSLƏRİ

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Hər birimiz bu sualların cavablarını hər gün axtarmalıyıq...”

“Çoxları Uca Tanrıya inanır. Allaha, Qurani-Kərimə və Uca Yaradanın elçilərinə inanmaq çətin deyil, amma nədənsə insanların dirilib qəbirlərindən qalxacağına inanmaq çətindir. Bu isə çox vacibdir... Bunu anlamaq üçün bir nümunə verək...”

Moderator.az bir sıra oxucuların bu mövzuya marağını nəzərə alaraq “İslam-Today” nəşrində “Vətənim Tatarıstan”  jurnalına istinadla dərc olunmuş “Qiyamət günündə aydın cavablandırılması lazım olan beş sual veriləcək” başlıqlı məqalənin tərcüməsini təqdim edir:

“Deyirlər ki, dünyanın hər yerindəki müsəlmanlar Həcc ziyarətini yerinə yetirdiyi, Qurani-Kərimi oxuduğu və Allah-Təalaya ibadət etdiyi müddətcə Qiyamət Günü baş verməyəcək. Dünyanın sonu ilə bağlı bu qədər səs-küy və müxtəlif proqnozlar var! Hətta qədim Maya təqviminin guya 2012-ci ildə başa çatdığı iddia edilmişdi. Yaşlı nəsil, yəqin ki, 1982-ci ildəki oxşar bir ajiotajı xatırlayır...

Diqqətəlayiqdir ki, bu cür ictimai ajiotaj maraqlı müntəzəmliklə müşahidə olunur. Məqsəd nədir? Bəlkə də müəyyən qüvvələr öz eqoist məqsədlərini güdərək cəmiyyətdə və insanların zehnində süni şəkildə gərginlik yaradırlar... 

Aydındır ki, bəşəriyyətin və fərdlərin xilası dində, İslamdadır. İnsanlara gələcəyə ümid verən müsəlman dinidir. Allahın Rəsulu (ona Allahın salavatı və salamı olsun) demişdir: "Əgər desələr ki, sabah Qiyamət günüdür, amma əlinizdə bir fidan varsa,  yenə də onu torpağa əkin..."

Aydındır ki, ümidimizi itirməməli və ya təslim olmamalıyıq. Hər yeni gün yorulmadan çalışan və ailələri və yaxınları üçün layiqli bir həyat qurmağa cəhd göstərən insanlara ümid gətirir. Bəs Qiyamət Günündə bizi nələr gözləyir? Həmin gün insanlar qəbirlərində diriləcəklər. Təbii ki, buna inanmaq çox çətindir... 

Çoxları Uca Tanrıya inanır. Allaha, Qurani-Kərimə və Uca Yaradanın elçilərinə inanmaq çətin deyil, amma nədənsə insanların dirilib qəbirlərindən qalxacağına inanmaq çətindir. Bu isə çox vacibdir. Çünki bu fani dünya bizim əbədi evimiz deyil. Bunu anlamaq üçün bir nümunə verək. Bu dünya qatar səyahəti kimi təsəvvür edilməlidir. Tutaq ki, Kazandan Moskvaya. Bəziləri kupe vaqonda, digərləri plaskart oturacaqlı vaqonda, bir başqaları isə ümumi vaqonda səyahət edir. Məcazi mənada desək, hər bir insan cüzdanına- pulqabına görə bilet alıb. Lakin hər kəsin son mənzili eynidir...

Axirət həyatı həqiqətən ədalətli və ləyaqətli bir həyat olacaq. Məhz orada insanın bütün əməlləri və hərəkətləri gözlərinizin qarşısında tərəzidə çəkiləcək... 

Allah-Təala Qiyamət Gününü yaratdı ki, hər kəs bu fani dünyada etdiyi əməllərə görə məsuliyyət daşısın. Qiyamət Günündə yer öz oxundan çıxacaq, səma yarılacaq, ulduzlar səpələnəcək, dağlar hərəkət edəcək və sair. Bütün canlılar öldükdən və qırx il keçdikdən sonra Yer özünü yenilənməyə başlayacaq. Yer formaca düzləşəcək və bütün insanlar qəbirlərindən qalxacaqlar. Ruhlar bədənlərinə girəcək və hər bir ruh öz bədənini tapacaq. Və yalnız bundan sonra yeni, əbədi bir həyat başlayacaq...

Bəs həmin gün Uca Yaradanın mərhəmətinə kim etibar edə bilər?.. Qiyamət günündə hər kəsdən beş sual soruşulacaq: 

-Namaz qıldınmı? 

-Gəncliyini necə keçirdin? 

-Həyatını nəyə həsr etdin? 

-Var-dövləti necə qazandın və necə xərclədin? 

-Biliyindən və peşəndən necə istifadə etdin?.. 

Hər birimiz bu sualların cavablarını hər gün axtarmalıyıq...”

Tərcümə və təqdim etdi:

Sultan Laçın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Aprel 2026 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see614

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see542

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see388

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see293

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see291

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see266

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see265

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see255

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see254

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see253

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see227

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see225

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see224

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see222

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see221

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see221

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see220

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see217

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see216

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri