Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Qiymət artsa da: Qatar yenə tuneldə, sərnişinlər yolda qalır

Qiymət artsa da: Qatar yenə tuneldə, sərnişinlər yolda qalır

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ölkədə ictimai nəqliyyatla bağlı bir sıra addımlar atılmasına baxmayaraq, hələ də bu istiqamətdə bir sıra problemlər qalmaqdadır.

Bu gün paytaxtda metro stansiyasında baş verən prosesləri buna misal göstərmək olar. Belə ki, metronun “Nəriman Nərimanov” stansiyasında qatarda tüstülənmə olub. Tüstülənmə səbəbindən bütün vaqon boşaldılıb. 

Qeyd edək ki, bu gün səhər saatlarında metronun “Azadlıq prospekti” stansiyasında qatarda texniki nasazlıq baş verib, nəticədə sərnişinlər qatardan düşürülmüşdü.

Vurğulayaq ki, ötən ilin oktyabr ayının 1-dən nəqliyyatda sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 60 qəpik müəyyənləşib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası yeni tarifləri onunla izah edirdi ki, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində infrastrukturun yenilənməsi, yeni metro stansiyalarının inşası, yeni vaqonların və elektrik mühərrikli avtobusların alınması, vaqonlara və avtobuslara xidmət göstərən qaraj, depo, enerji təminatı və elektrik doldurma infrastrukturunun inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülür.  

Bildirilirdi ki, Dövlət Proqramı çərçivəsində paytaxt metropoliteninin də genişləndirilməsi istiqamətində mühüm addımlar atılır:

“Hazırda 10 yeni stansiyanın layihələndirilməsi işləri yekunlaşmaq üzrədir. Müvafiq plana əsasən, bu stansiyaların tikintisinin nəzərdə tutulmuş müddətdə tamamlanaraq istifadəyə verilməsi hədəflənib.

Bir yeni stansiyanın isə 2026-cı ildə sərnişinlərin istifadəsinə təqdim olunması planlaşdırılır. Metronun vaqon parkının yenilənməsi istiqamətində də ardıcıl tədbirlər görülür. Son dövrdə 65 yeni vaqon alınıb, onlardan 35-i artıq xəttə buraxılıb.

Qalan 30 vaqonun cari il ərzində sərnişinlərin istifadəsinə verilməsi nəzərdə tutulub. 2030-cu ilə qədər isə əlavə 299 yeni nəsil vaqonun alınaraq metropoliten xətlərinə buraxılması planlaşdırılır”. 

Həmin dövrdən etibarən ictimai nəqliyyatda qiymət artımı olmasına baxmayaraq, keyfiyyətlə bağlı problemlər niyə tam olaraq öz həllini tapmır?

Bununla bağlı nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyev “Cebheinfo.az”-a bildirib ki, bu gün metronun “Azadlıq prospekti” stansiyasında qatarda texniki nasazlıq səbəbilə sərnişinlərin düşürülməsi “Nərimanov” stansiyasında isə qatarda tüstülənmə baş verməsi və vaqonun boşaldılması cəmiyyətdə haqlı narahatlıq yaradır:

“Bu narahatlıq xüsusilə nəqliyyatda qiymət artımının xidmət keyfiyyətinin yüksəldilməsi ilə izah edildiyi bir dövrdə daha da güclənir. Gediş haqqının 60 qəpiyə qalxması sərnişində təbii olaraq daha təhlükəsiz və problemsiz xidmət gözləntisi formalaşdırır.

Bu cür problemlərin yaranmasının əsas səbəbi qiymət artımı ilə texniki sistemlərin real vəziyyəti arasında birbaşa və dərhal əlaqənin olmamasıdır. Metro infrastrukturu uzun illər əvvəl qurulub və bir çox avadanlıq köhnəlib. Belə sistemlərdə modernləşmə birdən-birə yox, mərhələli şəkildə həyata keçirilir.

Əgər yenilənmə prosesi ləng gedirsə, tarif artsa belə, texniki nasazlıqların qarşısını dərhal almaq mümkün olmur. Digər mühüm amil texniki nəzarət və profilaktik baxışların səviyyəsidir. Çox vaxt problemlər qabaqlayıcı yoxlama ilə deyil, hadisə baş verəndən sonra üzə çıxır. 

Bundan əlavə, Bakı metrosunda xüsusilə gur saatlarda sərnişin sıxlığı normadan artıqdır. Bu da qatarların və texniki sistemlərin üzərinə əlavə yük yaradır və nasazlıq riskini artırır. Qiymət artımı özlüyündə problem deyil. 

Problem odur ki, artımın nəticəsi sərnişin üçün gündəlik təhlükəsizlik və fasiləsiz hərəkət şəklində hiss olunmur. Bu gün baş verən hadisələr göstərir ki, əsas ehtiyac real texniki yenilənmə sistemli audit və artan vəsaitin hara, necə xərcləndiyinin cəmiyyət üçün aydın olmasıdır”.    

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: qatar qiymət Adil Nəbiyev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Fevral 2026 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see340

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see332

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see330

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see329

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see281

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see269

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see266

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see262

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see255

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see254

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see232

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see230

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see221

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see215

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see212

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see212

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see200

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see196

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see189

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri