Icma.az
close
up
RU
Qiyməti tələb təklif yox, məmurlar müəyyən edir EKSPERT

Qiyməti tələb təklif yox, məmurlar müəyyən edir EKSPERT

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Natiq Cəfərli: “Qiymət artımı bacarıqsız idarəçiliyin vətəndaşa yüklənməsidir”


“Parklanmadan toplanan pullar hara gedir - ictimaiyyətə hesabat verilməlidir”


Bakıda ictimai nəqliyyatın necə işləməsi insanların verəcəyi qiymətə bağlıdır. Bu günlərdə ictimai nəqliyyatda növbəti qiymət artımı baş verdi". Bunu Milli Məclisin payız sessiyasının ilk iclasında deputat Fazil Mustafa deyib. O qeyd edib ki, bununla bağlı hansısa iqtisadi əsaslandırmalar ola bilər:

"Amma biz burada imtiyazlı təbəqənin probleminin həllinə dair heç nə görümürük. Tələbələr və digər imtiyaza malik şəxslərin durumu necə olacaq? Bu, aşağılarda narazılığa səbəb olur. Hava limanında da taksi məsələsi hələ də problem olaraq qalır. Necə olur ki, Naxçıvandan bir nəfər 50-60 manat verib Bakıya gəlir, amma şəhərə gəlmək üçün taksi ondan 40-50 manat alır? Bununla bağlı Ombudsmanın da reaksiyası var. Düşünürəm ki, məsələni diqqətdə saxlayıb onun həllinə nail olmaq lazımdır".


ReAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli isə Sherg.az-a açıqlamasında deyib ki, əvvəllər belə qərarları Tarif Şurası verirdi, indi isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası avtobus marşrutları və metroda sərnişindaşıma üzrə gediş haqqını 20 faiz artırıb:


“Əslində, nazirliyin məsuliyyəti öz üzərinə götürməsi yaxşıdır, ümumiyyətlə, Konstitusiyaya zidd Tarif Şurası ləğv edilməlidir. Lakin qiymət artımı ilə bağlı nazirliyin açıqlaması insanı əsəbiləşdirir. Guya ki, ictimai nəqliyyatda daha keyfiyyətli xidmətin göstərilməsinə zərurət yarandığı bir dövrdə sərnişindaşıma xidmətinin davamlılığını təmin etmək və dövlət proqramında qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə tariflərin tənzimlənməsi ilə bağlı müvafiq qərar qəbul edilib və yeni tariflər təsdiqlənib. İctimai nəqliyyatda son illərdə bir neçə dəfə qiyməti artırıblar, bu, keyfiyyəti yüksəldibmi – təbii ki, yox. Qiymət artımı bacarıqsız idarəetmənin, qeyri-şəffaf xərcləmələri vətəndaşa yük etməkdir, başqa anlamı, məramı yoxdur. İstənilən sahədə rentabellik olmadıqda ilk görüləcək iş xərcləri azaltmaqdır. Bizim hökumətin “məntiqində” isə ilk addım qiymətləri artırmaq olur. Daha bir maraqlı məqam budur ki, nağd ödənişlərdə qiymət artmayıb, deməli, nazirliyin nağd ödənişlərdə öz marağı var, bu yolla nəğd ödənişlər təşviq edilir. Son 15 ildə 55 dəfə ictimai nəqliyyatda gediş haqqı ilə bağlı təkliflər vermişik, ödənişin zamana bağlı olmasının doğruluğunu sübut etmişik: saatlıq-günlük-aylıq-illik biletlər olmalıdır, zaman artdıqca da qiymət enməlidir. Kimə deyirsən, mədəni yanaşmanı qəbul etmirlər, bildikləri yol, vətəndaşı yükləməklə öz problemlərini həll etmək yoludur”.

N.Cəfərlinin fikrincə, sadəcə imtiyazlı təbəqə üçün əlavə güzəştlər yox, ümumiyyətlə, hər gün nəqliyyatdan istifadə edən sərnişinlər üçün gündəlik, həftəlik, altı aylıq və illik gediş biletləri olmalıdır. Bu təcrübənin  Avropa ölkələrində tətbiq olunduğunu xatırladan iqtisadçı qeyd edib ki, bu sistem sərnişinlər üçün həm daha sərfəli, həm də rahatdır: 


“Sözsüz ki, şagird, tələbə və təqaüdçülər üçün ad-soyada bağlı kartlar olmalıdır, qiyməti isə normal qiymətlərdən azı 2 dəfə ucuz olmalıdır. İldə 2-3 dəfə səs-küy salıb nəqliyyatda gedişhaqqından danışıb, sonra artırırlar, amma qeyd etdiyim kimi bu qiymət artımı keyfiyyəti dəyişmir, müştəri məmnuniyyəti yaratmır”.

Hava limanındakı taksi məsələsinə gəldikdə isə iqtisadçı bildirib ki, AYNA-nın müvafiq qurumu qiymət cədvəli çıxardıb, taksilərə onların müəyyən etdiyi qiymətlərlə xidmət göstərməyi tələb edir, sonra da deyir ki, qiyməti tələb-təklif formalaşdırır: “Belə ağ yalan insanın əlini üzündə qoyur. Başqa bir məsələ də var – AYNA-nın digər qurumu, “AzParking” MMC şəhərdə parklanmaya görə vəsait toplayır. Bu günə qədər bir ayda, il ərzində nə qədər vəsait yığıldığını, toplanan vəsaitin hara xərcləndiyini açıqlamır. Hörmətli məmurlar, bu, kommersiya sirri deyil, dövlət sirri heç deyil, vəsaiti məndən, vətəndaşdan toplayırsınız, zəhmət çəkin, hesabat verin”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 Oktyabr 2025 02:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri