“Qiymətlər qaçılmaz olaraq artacaq” Putin xəbərdarlıq etdi
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qlobal bazarda Rusiya neftinin tədarükünün kəskin azalması qiymətlərin artmasına səbəb olacaq.
"Report" xəbər verir ki, bu barədə Rusiya Coğrafiya Cəmiyyətinin 17-ci Konqresinin yekunları üzrə jurnalistlərə açıqlamasında Rusiya Prezidenti Vladimir Putin bildirib.
"Rusiyanın neft və neft məhsullarının tədarükü qlobal bazarda kəskin şəkildə azalarsa, qiymətlər qaçılmaz olaraq artacaq", - o deyib.
Putin əlavə edib ki, ABŞ-dən fərqli olaraq, Rusiya və Səudiyyə Ərəbistanı istehlak etdikləri neftdən daha çox neft satırlar.

