“YouTube dən xəbərdarlıq: Qiymətlər artacaq
Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.
Məşhur video platforması "YouTube”, ABŞ-də tətbiq etdiyi qiymət artımından sonra Avropa bazarında da "Premium” paketlərinin qiymətlərini yüksəldə bilər.
Müxtəlif forumlarda istifadəçilərin paylaşdığı bildirişlərdə qiymət artımının həm fərdi, həm də ailə paketlərinə şamil olunacağı qeyd edilib.
İtaliya və Portuqaliyadakı istifadəçilərə göndərilən bildirişlərə görə, fərdi "Premium” abunəliyinin qiyməti 17,99 avrodan 20,99 avroya, ailə paketinin qiyməti isə 29,99 avroya yüksələ bilər.
Finlandiyada isə fərdi planın qiymətinin 14,99 avrodan 16,99 avroya qaldırılacağı bildirilib.
Qeyd edək ki, "YouTube” ABŞ-də "Premium” abunəliyinin qiymətini aprel ayında 15,99 dollara yüksəldib. Avropada gözlənilən yeni artımın şirkətin qlobal gəlirləri artırmaq strategiyasının bir hissəsi olduğu ehtimal edilib.
///sfera.az///
Baxış sayı:101
Bu xəbər 25 Avqust 2026 19:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















