Qiymətlər tam sabitləşdikdən sonra coinləri daha ucuz qiymətə əldə etmək mümkündür İqtisadçı
Sherg.az saytına istinadən Icma.az xəbər verir.
Bu gün isə əsasən Ethereum, Lomcoin, Bitcoin və digər buna bənzər kriptovalyutaları almaq tövsiyə olunur
Aprelin 9-da kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti kəskin azalıb.
"APA-Economics" xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 9:45-də “CoinMarketCap” platformasında 3.98% ucuzlaşaraq 76 536 ABŞ dolları təşkil edib.
Son bir gündə "Ethereum"un qiymətində də azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 8.19% azalaraq 1455 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 4.32%, BNB isə 2.65% ucuzlaşıb.
Qeyd edək ki, "Bitkoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Eyyub Kərimli “Sherg.az”a bildirib ki, hazırda Amerikanın tətbiq etdiyi məhdudiyyətlərlə bağlı bütün dünyada birjalarda eniş müşahidə olunur:

“Bitcoin və digər ticarət alətləri, hətta səhmlərdə də ucuzlaşma baş verir. Bunun da səbəbi ajiotajla bağlıdır. Düşünürəm ki, hazırda bir az da gözləməyə ehtiyac var. Hesab edirəm, eniş bir müddət də davam edəcək. Çünki hazırda bazar və birjalar panikadadır. Bu cür alətləri saxlayanlar onları təcili əıdən çıxartmaq istəyi ilə satırlar. Bu da daha çox qiymət ucuzlaşmasına səbəb olacaq. Ümumiyyətlə qiymətlər tam sabitləşdikdən sonra bu cür coinləri daha ucuz qiymətə əldə etmək mümkündür. Bu gün isə əsasən Ethereum, Lomcoin, Bitcoin və digər buna bənzər kriptovalyutaları almaq tövsiyə olunur”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 09 Aprel 2025 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















