Icma.az
close
up
RU
İqtisadçı: Novruz bayramı ərəfəsində qiymətlər dəyişəcək

İqtisadçı: Novruz bayramı ərəfəsində qiymətlər dəyişəcək

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 62 milyon 757 min ABŞ dolları dəyərində 60 min 464 ton düyü idxal olunub. Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 18.7 faiz və ya 9 505 ton, dəyər baxımından isə 35.4 faiz və ya 16 milyon 378 min dollar çoxdur. 2023-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 36 milyon 685 min ABŞ dolları dəyərində 41 min 38 ton düyü gətirilib. Qeyd edək ki, hesabat dövründə Azərbaycana gətirilən düyünün hər tonunun orta idxal qiyməti 14 faiz artaraq 1 038 ABŞ dollarına bərabər olub. Bu göstərici ötən ilin müvafiq dövründə 910 ABŞ dolları təşkil edib.

Qarşıdan Yeni il gəlir. İnsanlar artıq bayram üçün alış-veriş etməyə başlayıb. Düyünün idxal qiymətinin bahalaşması marketlərdəki qiymətə necə təsir edib?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

"Düyünün orta qiyməti 5 manat 50 qəpikdən başlayır"

İqtisadçı Günay Hüseynovanın sözlərinə görə, düyünün bazar qiymətində artım yox, əksinə, azalma müşahidə edilir: "Hər bayramqabağı digər qida məhsulları kimi düyüyə də tələbat artır. 14 faizlik artım idxal edilən məhsulun yalnız bir tonuna şamil olunacaq. Bu səbəbdən artımın vətəndaşın büdcəsinə o qədər də təsir edəcəyini düşünmürəm. Düyünün orta qiyməti 5 manat 50 qəpikdən başlayır. Bu sahədə digər qida məhsullarından fərqli olaraq, işbazların qiymət artımı yoxdur. Əksinə, endirimli qiymətlər mövcuddur. Bayram ərəfəsi tələbat olduğu üçün sahibkarlar satış həcmindən qazanır".

"Novruz bayramında qiymətlər dəyişəcək"

G.Hüseynovanın fikrincə, hazırda qiymətlərdə artım müşahidə edilməsə də, bayramdan sonra cüzi bahalaşma ola bilər: "Bir kiloqram üçün artım 55-60 qəpik gözlənilir. Novruz Bayramı ərəfəsində alıcı artıq həmin məhsulu yeni qiymətlərlə alacaq. Sahibkarın bayramqabağı kampaniyası və ya hər hansı endirimi də ola bilər. Bu səbəbdən konkret rəqəm demək olmur. Dünyada gedən proseslər, ölkələrin iqtisadi vəziyyəti, inflyasiya, iqlim kimi faktorlar qiymətə təsir edir".

İqtisadçı bildirib ki, xarici valyutanın məzənnəsi sabit qalsa da, sahibkar üçün bu vəziyyət fərqlidir: "Bir milyon manatlıq məhsula 140.000 manat artıq vəsait ödəyir. Qiyməti artırmağa məcburdur. Qiymətləri tənzimləmək üçün ilk növbədə yerli istehsala yönəlib idxal məhsulunu bazardan çıxarmaq, qısa müddətdə mümkün olmadıqda, güzəştli idxal gömrük rüsumları ilə ölkəyə daxil etmək lazımdır. Lakin düyü yüksək tələbat olmayan məhsul olduğu üçün bu seçimlərin ikisi də hazırda gözlənilmir".

"Qiymətin sabitləşməsi üçün tədbirlər görülür"

İqtisadçı Rauf Qarayev isə deyib ki, daxili bazarımızın böyük hissəsini ixrac məhsulları tutur: "Düyü istehsalımız tələbatı ödəmədiyindən digər ölkələrdən düyü idxal etməyə məcburuq. Pakistan düyüsü ilə bağlı Nazirlər Kabinetinin qərarı 2022-ci ilin dekabrından qüvvəyə minib və 31 dekabr 2027-ci il tarixinədək idxal gömrük rüsumundan azad edilir. Pakistan düyüsünün gömrük rüsumundan azad edilməsi ilə oradan gətirilən düyü miqdarı artıb".

R.Qarayev əgər qiymətlərdə süni artımlar olarsa, atılmalı vacib addımlardan da bəhs edib: "Bayramla əlaqədar düyünün qiymətinin o qədər də artacağını düşünmürəm. Çünki düyüyə olan tələbatın artması daha çox Novruz bayramına təsadüf edir. Həmin bayramda çərşənbələr zamanı insanlar plov bişirir. Həmçinin ölkəmizin düyüyə olan tələbatı digər qonşu ölkələrlə müqayisə etdikdə xeyli azdır. İdxal qiymətlərinin yüksəlməsi də düyü qiymətlərinin artımına səbəb olmayacaq. Çünki qiymətin sabitləşməsi üçün tədbirlər görülür. Əgər süni qiymət artımları olarsa, bunun qarşısının alınması üçün digər ölkələrdən gətirilən düyülər də vergi və gömrük rüsumlarından azad edilə bilər. Bu da effekt verməzsə, düyü istehsalımızın artırılması üçün tədbirlərin görülməsinə ehtiyac yaranacaq".

"Yerli düyü tələbatı ödəmir, amma xaricə göndərilir"

İqtisadçı bildirib ki, Azərbaycanda da düyü istehsal edilir. Lakin qiyməti baha olduğundan daha çox xaricə ixrac olunur: "Azərbaycan düyüsü idxal edilənlərdən qat-qat keyfiyyətlidir. Bizdə düyünün yetişdirilməsi baha başa gəlir. Həmçinin ildə bir dəfə əkilir. Maya dəyərinin yüksək olması da qiymətini qaldırır. Ölkəmizdə əkilən düyünün ixracı həyata keçirilir, Rusiya bazarlarına çıxarılır. Yerli düyünün qiyməti baha olduğundan insanların seçimi əsasən xarici məhsullar olur".

R.Qarayev düşünür ki, bazarda yerli məhsula tələbat olmasına da çalışmaq lazımdır: "Yaxşı olardı ki, məhsulumuz yerli tələbatımızı tam ödədikdən sonra xaricə getsin. Lakin bizim fermerlərimiz məhsullarını daxilə yox, xaricə çıxarmağa daha maraqlıdırlar. Ümumiyyətlə, maya dəyəri daha ucuz başa gələn məhsulların yetişdirilməsinə çalışmaq lazımdır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:277
embedMənbə:https://oxu.az
archiveBu xəbər 30 Dekabr 2024 23:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see357

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see294

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see282

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see281

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see243

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see243

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see235

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see226

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see225

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see221

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see220

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see213

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see211

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see209

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see202

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see200

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see196

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see189

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see187

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri