Icma.az
close
up
RU
Qız qaçırmaq artıq cinayət əməli hesab olunur MÜNASİBƏT BİLDİRİLDİ

Qız qaçırmaq artıq cinayət əməli hesab olunur MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

"Azərbaycanda qızqaçırma halları tarixən müşahidə olunmuşdur. Yarım əsr öncə baş verən bu kimi hadisələr internet və sosial şəbəkələrin olmaması səbəbindən geniş ictimaiyyətə məlum olmurdu. Müasir dövrdə isə bu cür xəbərlər sürətlə yayılır və geniş müzakirələrə səbəb olur". Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.

O bildirib ki, əvvəllər qızqaçırma hadisələri baş verdikdə, ailələr arasında ağsaqqallar vasitəsilə barışıq yaradılırdı: "Lakin bu heç vaxt cəmiyyət tərəfindən tam bəyənilən və düzgün hesab edilən bir hal olmayıb. Qızqaçırma adəti həm dini, həm də hüquqi baxımdan qəbuledilməzdir. Çünki İslam dininə görə evliliyin əsas şərtlərindən biri qızın valideynlərinin razılığı və halallığıdır. Bu razılıq olmadan qurulan ailə sağlam və düzgün təməl üzərində qurulmuş sayılmır.

Bu gün isə vəziyyət xeyli dəyişib. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, evlilik üçün minimum yaş həddi 18 olaraq müəyyən edilib. Qız qaçırmaq artıq cinayət əməli hesab olunur və buna görə Cinayət Məcəlləsində müvafiq maddələr nəzərdə tutulmuşdur. Bu, çox təqdirəlayiq və mühüm bir addımdır. Qızların hüquqlarının qorunması və onların gələcək həyatlarının təminatı baxımından bu cür hüquqi tədbirlər böyük əhəmiyyət daşıyır.

Son dövrlərdə qız qaçıran tərəfin məscid imamı olması isə xüsusilə narahatedici və düşündürücü haldır. Məscid imamı insanlara dini rəhbərlik edən, namaz qıldıran, xütbə verən, kəbin kəsən şəxsdir. Belə bir şəxsin qızın valideynlərinin razılığı olmadan nikah bağlaması, İslamın əsas prinsiplərindən birinin pozulması deməkdir. Bu isə imamın həm dini, həm də mənəvi məsuliyyətini yerinə yetirmədiyini göstərir və cəmiyyət arasında haqlı narahatlıq yaradır. Son baş vermiş hadisədə isə 18 yaşına çatmayan bir qızın könüllü olaraq belə bir əlaqəyə razılıq verməsi belə, hüquqi məsuliyyətdən qaçmaq üçün əsas sayıla bilməz. Qanun qarşısında bu, cinayət əməlinin tərkib hissəsidir və mütləq şəkildə məsuliyyət doğurur.

Qız övladlarımız 15-16 yaşlarında ailə həyatı qurmaq haqqında düşünmək əvəzinə elmə, təhsilə, şəxsi inkişaf və özlərinı uyğun ixtisas,peşə seçiminə yönəlməlidirlər. Evlilik, qanunla müəyyən edilmiş yaşa çatdıqdan sonra və ailələrin razılığı ilə həyata keçirilməlidir. Erkən evliliyin fəsadları – təhsil imkanlarının məhdudlaşması, psixoloji və fiziki travmalar, erkən analıq və sosial təcrid halları cəmiyyət üçün ciddi problemlər doğura bilər. Buna görə də erkən nikahların qarşısının alınması məqsədilə maarifləndirmə tədbirləri gücləndirilməlidir.

Sosial şəbəkələrin bu kimi halların yayılmasına səbəb olması isə ayrıca diqqət tələb edən məsələdir. Sosial media həm düzgün maarifləndirmə, həm də yanlış yönləndirmə vasitəsi ola bilər. Buna görə də ailələr, məktəblər və cəmiyyətin müxtəlif təbəqələri bu məsələdə birgə səylə çalışmalı, gəncləri düzgün istiqamətləndirməlidirlər".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 İyun 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri