Icma.az
close
up
RU
Qızı ilə eyni yaşda öldü, səhvin qurbanı oldu, sənətinə görə boşandı Münəvvər Kələntərli kimdir (Video)

Qızı ilə eyni yaşda öldü, səhvin qurbanı oldu, sənətinə görə boşandı Münəvvər Kələntərli kimdir (Video)

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

21 dekabr sevilən aktrisa, Azərbaycan SSR-i Əməkdar artisti Münəvvər Kələntərlinin doğum günüdür.

Ölkə.Az aktrisa haqqında maraqlı faktları təqdim edir:

1912-ci ildə Lənkəranda çoxuşaqlı ailədə anadan olub. Kiçik qardaşı Cabbar ikinci dünya müharibəsindən geri qayıtmayıb. 
Aktrisa 17 yaşında Bakıya gəlib. Böyük qardaşı Haşım Kələntərli Bakıya gələndən sonra bacısı Münəvvəri də öz yanına gətirib. Haşım Kələntərli həm el mahnılarının, həm də muğamların mahir ifaçısı olub. O, bacısı Münəvvərlə 30-cu illərdə Azərbaycan radiosunun efirində səslənən bir çox konsert proqramında iştirak edib.
Dayıları Yavər Kələntərli onların istedadlarının fərqində olub və xüsusən Münəvvərə oxuması üçün icazə verib. Bu səbəbdən də Münəvvərin səhnəyə çıxması ilə bağlı ailədə heç vaxt söz-söhbət olmayıb.
1933-cü ildən səhnə fəaliyyətinə başlayıb. O, əvvəlcə Opera Teatrında, sonra isə Musiqili Komediya Teatrında fəaliyyətə başlayıb. Müxtəlif rollar yaradan Münəvvər xanım çalışdığı teatrların ən aparıcı aktrisasına çevrilib. 1941-1945-ci illər müharibəsi zamanı digər sənət adamları ilə birgə səngərlərə, hospitallara gedib.
Münəvvər Kələntərli 1953-cü ildə "Vətən" kinoteatrına direktor müavini təyin olunub. Bundan sonra teatrdan çıxıb, ancaq filmlərə çəkilib. “Arşın mal alan”, "Bəxtiyar”, "Görüş”, "Qızmar günəş altında”, "O olmasın, bu olsun” kimi maraqlı filmlərə çəkilən aktrisa kinostudiyada ən rahat aktrisalardan sayılıb. Həmişə bir dubla çəkilib. Ona görə də Adil İsgəndərov deyərmiş ki, "Mina, bu camaat, çəkliş qrupu ən çox səninlə istirahət edir”.
Aktrisa 25 yaşında Ənvər adlı ləzgi əsilli şəxs ilə ailə qurur. Bu evlilikdən onların Validə adlı qızları doğulur. Lakin, bu izdivacın ömrü uzun olmur. Onların ayrılmasına səbəb isə həyat yoldaşının Bakıda yox, Qusarda yaşamaq istəyi olur. Aktrisa isə "Mən sənətimi atıb, heç yerə gedə bilmərəm", deyib qızı ilə birgə Bakıda qalır. Deyilənə görə Ənvər Münəvvərin səhnələrdə çıxış etməsini istəmədiyinə görə başını götürüb gedir.
Münəvvər həyat yoldaşından ayrılandan sonra ikinci dəfə heç kimlə ailə həyatı qurmur. Hüquqşünas olan qızı Validənin şəkəri yüksək olduğu üçün doğuş vaxtı uşağı tələf olur. Bundan sonra Validə həyat yoldaşından ayılır. O, da anası kimi bir daha ailə qurmur və anası ilə eyni yaşda - ömrünün 51-ci ilində şəkər xəstəliyindən dünyasını dəyişir. Anasının yanında dəfn olur.
Deyilənə görə aktrisanın digər bacı və qardaşları da qırx, əlli yaşdan çox yaşamayıblar. Şəkər xəstəliyi isə onların nəslində irsi olub. Dünyasını dəyişən digər bacı və qardaşlarının ailəsinə özü baxıb.
Münəvvər Kələntərliyə yaxınları, dostları Mina deyə müraciət ediblər. Şövkət Ələkbərova, Nəcibə Məlikova, Gülxar Həsənova, Rübabə Muradova ilə sıx rəfiqəlik edib. Münəvvər xanım yaxşı “biş-düş” edirmiş. Ona görə də qastrol səfərlərindən qayıdanda hamı onun başına yığışarmış. Aktrisa sonralar Nəsibə Zeynalova ilə dostluq edib. Nəsibə xanım hər zaman Münəvvər Kələntərlini öz müəlliməsi adlandırıb.
"O olmasın, bu olsun" filmindəki məşhur epizodda, gəlinin yengəsini ifa edən aktrisa qapı açılan zaman həqiqətən də yerə yıxılır və barmağı sınır. Buna baxmayaraq işinə davam edir. Həmin səhnə çəkilən zaman aktrisa əslində ağrıdan ağlayır.
Münəvvər bütün kinolarda öz paltarlarında çəkilib. Hətta "Arşın mal alan”ın birinci variantı çəkilən zaman o, Lənkərandan çoxlu pal-paltar gətirib, aktyorları geyindirib.
"Kino sənətinə "Arşın mal alan" filmindəki Xala roluyla başlayıb. Filmə çəkiləndə Münəvvər Kələntərlinin 31 yaşı olub. Ətli-canlı biri olduğu üçün onu seçiblər. Çəkisi ilə bağlı heç zaman kompleksi olmayıb. Bu roluna görə SSRİ dövlət mükafatına, 28 yaşında isə əməkdar artist adına layiq görülüb.
Dava-dalaş sevən adam olmayıb, amma bir dəfə dünyasını dəyişmiş bacısının qızına görə qonşu ilə dalaşıb. Bacısının qızı qonşuda bişən kabab iyindən şişib xəstələnir, yatağa düşür. Münəvvər xanıma bu hadisə çox pis təsir edir və bacısının qonuşusu ilə dalaşır.

Bacısı qızı Nanə Kələntərli müsahibələrinin birində bu haqda deyir: “Minanın kor bağırsağı ağrıyırdı. Çəkiliş olmalı idi. Həmin vaxt ağrısının tutacağından çəkinib əməliyyata girdi. Təəssüf ki, əməliyyatdan 2 gün sonra dünyasını dəyişir. O zaman Mina deputatlığa namizədliyini irəli sürmüşdü. Nəticənin qəzetdə çıxmasını gözləyirdi. Namizədlikdən keçmişdi, amma biz qəzeti gətirəndə əməliyyata görə artıq başı yaxşı işləmirdi, hallüsinasiyalar görürdü”.
Aktrisanı əməliyyat edən həkim böyük səhvə yol verib, əməliyyat düzgün aparılmayıb. Korbağırsaq kəsiləndən sonra düzgün tikilməyib, eyni zamanda digər sağlam böyrək də zədələnib. O, 1963-cü il fevralın 5-də 51 yaşında dünyasını dəyişib.


Mənbə: Kulis.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://olke.az
archiveBu xəbər 23 Dekabr 2024 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see363

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see217

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see214

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see196

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see189

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see183

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see177

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see173

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see172

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see170

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see149

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see145

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see143

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see140

Hərbçilər və ədliyyə əməkdaşları üçün müavinət ödənişlərində YENİLİK VİDEO

04 Yanvar 2026 23:21see139

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see137

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see136

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see135

“Heç kimin tanımadığı bu gəncləri Azərbaycan futboluna qazandırmaq böyük fədakarlıqdır“

04 Yanvar 2026 22:01see132

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri