Icma.az
close
up
RU
Qızıl 200 manat olacaq?

Qızıl 200 manat olacaq?

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Son dövrlər qızıl bazarında müşahidə olunan qiymət artımı həm alıcıların, həm də satıcıların diqqətindədir.

Hazırda Azərbaycanın zərgərlik bazarında qızılın bir qramı 150–190 manat arasında dəyişir. Bu, əvvəlki aylarla müqayisədə ciddi bahalaşma deməkdir və qiymətlərin 200 manata qədər yüksələcəyi ilə bağlı sualları gündəmə gətirir.

Bəs qızılın bir qramı 200 manata çata bilərmi?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən iqtiadçı-ekspert Akif Nəsirli bildirib ki, qızılın qiyməti artan qlobal tələbat və iqtisadi qeyri-müəyyənliklərlə 200 manata çata bilər:

“Bəli, qızılın qiymətinin 200 manata çatması mümkündür, amma bu, bir neçə amildən asılıdır və qısa müddətdə deyil, daha uzunmüddətli perspektivdə baş verə bilər. 2025-ci ilin sentyabrında Azərbaycanda 750 əyarlı qızılın bir qramı təxminən 150–160 manata satılır. Ötən ilin eyni dövrü ilə müqayisədə bu, təxminən 36 % artım deməkdir. 

Qızılın qiymətinin artmasının əsas səbəblərindən biri qlobal iqtisadi qeyri-müəyyənliklər. Xüsusilə ABŞ-də faiz dərəcələrinin endirilməsi və digər ölkələrin qızıl ehtiyatlarını artırmasıdır. Yəni dünya iqtisadiyyatının böhrana doğru getdiyi hiss edildikcə qızıla tələbat artır, bu da qiyməti bahalaşdırır”.

Onun sözlərinə görə, qlobal qiymət artımı və proqnozlar fonunda qızıl Azərbaycanda da bahalaşmaqdadır:

“Qızılın qiymətinin 200 manata çatması üçün bir neçə amil reallaşmalıdır. "Goldman Sachs" kimi beynəlxalq investisiya bankları, gələn il qızılın bir unsiyasının (təxminən 31.1 qram) 4000 dollara qədər artacağını proqnozlaşdırır.  Bu, qlobal bazarda qızılın qiymətinin artmasına səbəb ola bilər.

Qlobal qiymət artımları Azərbaycan bazarına da təsir edir. Son bir ildə 750 əyarlı 5 qramlıq qızıl üzüyün qiyməti 550 manatdan 660 manata yüksəlib”. 

Ekspert qeyd edib ki, qızılın 200 manata çatması uzunmüddətli dövrdə iqtisadi risklər fonunda mümkündür:

“Əlbəttə, inflyasiya və iqtisadi qeyri-müəyyənliklər də təsirə malikdir. Yüksək inflyasiya və iqtisadi qeyri-müəyyənliklər qızılın "təhlükəsiz liman" kimi qəbul edilməsinə səbəb olur, bu da tələbin artmasına və qiymətlərin yüksəlməsinə gətirib çıxarır.

Yəni qızılın qiymətinin 200 manata çatması mümkündür. Amma bu, qlobal bazarlardakı dəyişikliklər, iqtisadi siyasətlər və yerli bazar şərtlərindən asılıdır. Qısa müddətdə bu qiymətə çatmaq ehtimalı az da olsa, uzunmüddətli perspektivdə mümkündür”.

Gülər
“Cebheinfo.az”

Açar sözlər: qızıl Akif Nəsirli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Sentyabr 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see826

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see274

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see269

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see266

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see261

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see244

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see238

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see237

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see225

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see203

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see196

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see193

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see193

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see192

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see189

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see188

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see187

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see183

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see183

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri