Qızıl buts mükafatı uğrunda mübarizə qızışır
Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avropanın ən yaxşı bombardirinə verilən "Qızıl buts" mükafatı uğrunda mübarizə qızışır. "Bavariya"nın hücumçusu Harri Keyn həftəsonu göstərdiyi performansla ən yaxın izləyicisi Kilian Mbappe ilə arasındakı fərqi artırıb. Sport24.az "Marca"ya istinadla xəbər verir ki, ingilis forvard Bundesliqanın son turunda "Verder"ə qarşı oyunda (3:0) dubl edərək qollarının sayını 26-ya çatdırıb.
Onun ən yaxın izləyicisi, "Real"ın hücumçusu Kilian Mbappe isə "Real Sosyedad"la matçda (4:1) meydana çıxmayıb.
Qeyd edək ki, liqaların səviyyəsinə görə, hər qol xüsusi əmsala vurulur. Ötən mövsüm bu mükafatı 31 qolla Kilian Mbappe qazansa da, hazırda Keyn 26 qolla (52 xal) zirvədə qərarlaşıb.
Hazırda mükafat uğrunda yarışan futbolçuların xal ardıcıllığı aşağıdakı kimidir:
1. Harri Keyn ("Bavariya") – 52
2. Kilian Mbappe ("Real") – 46
3. Erlinq Holand ("Mançester Siti") – 44
4. İqor Tyaqo ("Brentford") – 34
5. Vedat Muriqi ("Malyorka") – 32
6. Vangelis Pavlidis ("Benfika") – 30
7. Darko Lemayiç (RFS) – 29
8. Luis Suares ("Sportinq") – 28.5
9. Meyson Qrinvud ("Marsel") – 28
10. Lautaro Martines ("İnter") – 28
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:211
Bu xəbər 18 Fevral 2026 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















