Azərbaycan filmi “Qızıl Mimoza” mükafatı uğrunda mübarizə aparacaq
Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Gənc rejissor Ələmdar Faiqin “Qara pişik, ağ şanı” sənədli filmi 39-cu Herseq Novi Monteneqro Film Festivalında dünya premyerasını edəcək.
Kulis.az xəbər verir ki, festivalda nümayiş olunacaq filmlər festivalın baş mükafatı olan “Qızıl Mimoza” üçün mübarizə aparacaqlar.
Film özünün keçmiş səhvlərindən xilas olmaq üçün Bakı ətrafında yerləşən bağ evinə köçən Füruzənin və nəvəsi Ələmdarın hekayəsidir. Burada Füruzə öz üzüm bağında üzümçülüklə məşğul olur və həyətə gələn qara pişiyi bəsləyir. Günlərin birində ordudan yeni qayıtmış nəvəsi Ələmdar onun yanına gəlir və hər ikisi keçmiş ailə səhvləri ilə üzləşirlər.
“Çinar film” şirkətinin istehsalı olan filmin rejissoru Ələmdar Faiq, prodüserləri Türkan Hüseyn (AKİ katibi) və Emil Nəcəfdir. Filmin ərsəyə gəlməsinə Azərbaycan Kinematoqrafçılar İttifaqı maliyyə yardımı ayırıb.
"Hər kəs tənqidi təfəkkürə möhtacdır" - Damien Storey ilə müsahibə Xoş çaqqal Cabir - Yalçın İslamzadə "Ağıldan kəm Jurden" tamaşasına daxili baxış keçirildi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 24 İyul 2026 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















