“Qızıl buts”un üç müştərisi: Qyokereş zirvədə, Mbappe və Salah pusquda
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
Avropanın milli çempionatlarında ən çox qol vuran futbolçuya verilən “Qızıl buts” uğrunda mübarizədə favoritlər bəlli olub.
İdman.biz xəbər verir ki, Viktor Qyokeşreş mövsümün finişində də liderliyini qoruyur.
“Sportinq”in isveçli hücumçusu Portuqaliya çempionatındakı 39 qolla hamını qabaqlayır. Lakin onun çıxış etdiyi liqada mövsüm başa çatıb.
Kilian Mbappe və Məhəmməd Salah zirvəni ələ keçirmək şanslarını qoruyur. Fransalı “Real”da çempionatın son görüşündə 1 qol vursa, 1-ci yerə yüksələcək. İki matçı qalan “Liverpul”un forvardına isə Viktoru keçmək üçün 2 qol lazımdır.
Viktor Qyokereş (“Sportinq”) – 58,5 xal (39 qol)
Kilian Mbappe (“Real”) – 58 (29)
Məhəmməd Salah (“Liverpul”) – 56 (28)
Harri Keyn (“Bavariya”) – 52 (26)
5-6. Robert Levandovski (“Barselona”) – 50 (25)
Mateo Retequi (“Atalanta”) – 50 (25)
Aleksander İsak (“Nyukasl”) – 46 (23)
Mika Bieret (“Şturm”, “Monako”) – 42,5 (24)
9-15. Usman Dembele (PSJ) – 42 (21)
Erlinq Haland (“Mançester Siti”) – 42 (21)
Serhou Quirassi (“Borussiya” D) – 42 (21)
Omar Marmuş (“Ayntraxt”, “Mançester Siti”) – 42 (21)
Patrik Şik (“Bayer”) – 42 (21)
Meyson Qrinvud (“Marsel”) – 42 (21)
Ante Budimir (“Osasuna”) – 42 (21)
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 19 May 2025 13:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















