Icma.az
close
up
RU
Mbappe “Qızıl buts”un sahibi oldu

Mbappe “Qızıl buts”un sahibi oldu

Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


“Real Madrid”in fransalı hücumçusu Kilian Mbappe Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) daxil olan ölkələrin çempionatlarının ən yaxşı bombardirinə verilən “Qızıl buts”un qalibi olub.
Yeniavaz.com
xəbər verir ki, Mbappe İspaniya çempionatında 31 qol vurub (62 xal).
Fransızı keçə biləcək sonuncu şəxs “Liverpul”un misirli hücumçusu Məhəmməd Salah olub ki, İngiltərə çempionatının son turunda o, “Kristal Pelas”la oyunda 4 qol vurmalı idi.
Ancaq futbolçu cəmi bir dəfə rəqib qapısına zərbə endirib və turniri 29 qolla (58 xal) başa vurub.
Beləliklə, Salah ilk üçlükdə üçüncü olub.
“Qızıl buts”a iddialılar siyahısında ikinci yeri Portuqaliya çempionatında 39 qol vuran “Sportinq”in isveçli hücumçusu Viktor Qyokeres tutub. Belə ki, Portuqaliyada vurulan hər qola görə 1,5 xal, İngiltərə və İspaniyada vurulan hər qola görə isə 2 xal verilir.
Qeyd edək ki, Mbappenin 26 yaşı var və o, ilk dəfə “Qızıl buts”u qazanıb.
Fransız futbolçu bu mükafatı 2024-cü ilin yayında azad agent kimi oynadığı “Real Madrid”dəki debüt mövsümündə qazanıb.
Bu, 2015-ci ildə portuqaliyalı hücumçu Kriştianu Ronaldodan sonra “Real Madrid” oyunçusunun qazandığı ilk mükafat olub.
Xatrladaq ki, “Qızıl buts” 1968-ci ildən verilir. Mükafatın ən çox sahibi Argentinalı hücumçu Lionel Messi (6) olub. O, Mbappedən əvvəl İspaniya çempionatından bu mükafatı qazanan sonuncu oyunçu olub. Argentinalının ən yaxın təqibçisi Ronaldodur (4 dəfə). Qalan futbolçular isə iki dəfədən artıq mükafat qazanmayıb. 2024-cü ildə mükafatı 36 qol vuran Almaniyanın “Bavariya” komandasının ingilis hücumçusu Harri Keyn qazanıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:218
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 26 May 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see363

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see335

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see311

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see306

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see304

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see292

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see286

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see281

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see279

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see257

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see235

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see229

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see226

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see225

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see225

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see223

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see208

Azərbaycanlı futbolçunun komandası Kiprdə qələbə qazandı

22 Noyabr 2026 00:31see207

İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib

22 Noyabr 2026 04:48see205

Azərbaycan Sarayevoda ənənəvi Diplomatik Qış Bazarı xeyriyyə yarmarkasında təmsil olunub

22 Noyabr 2026 00:05see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri