Icma.az
close
up
RU
Qızıl investorlarına ciddi XƏBƏRDARLIQ

Qızıl investorlarına ciddi XƏBƏRDARLIQ

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

ABŞ mərkəzli investisiya şirkəti Fidelity International, ABŞ Federal Ehtiyat Sisteminin (Fed) faiz endirmə siyasətinə keçidi və dolların zəifləməsi fonunda altın qiymətlərinin 2026-cı ilə qədər 4.000 dollara çata biləcəyi proqnozunu verib.

News24.az xəbər verir ki, şirkətin analitikləri geosiyasi risklər və mərkəzi bankların qızıl alımlarının da bu artımı dəstəklədiyini bildiriblər. Fidelity-nin çoxlu aktiv fondunun meneceri Ian Samson, bəzi portfellərin qiymətlərin aprel ayında 3.500 dolları keçməsindən sonra yaşanan düzəlişdən faydalandığını deyib.

Samson qeyd edib ki, Fed-in daha "göyərçin" mövqeyə keçəcəyi gözləntisi, investorların davranışına birbaşa təsir göstərib. Bəzi fondlar isə keçən il altına ayırdıqları 5%-lik payı bu il ikiqat artırıblar.

Qeyd olunur ki, Orta Şərq və Ukraynadakı münaqişələr, həmçinin ABŞ-ın qlobal ticarət siyasətindəki qeyri-müəyyənliklər fonunda altın təhlükəsiz liman kimi cəlbedici olaraq qalır. Bunun nəticəsində il ərzində qiymətlər 25%-dən çox artıb.

Bununla belə, ABŞ və digər ölkələr arasında son ticarət razılaşmaları bəzi riskləri azaldaraq, altının qısa müddətli hərəkətini dar bir diapazona salıb.

Samson həmçinin ABŞ-ın idxalata 15%-ə qədər tarif tətbiq etməsinin iqtisadiyyatda yavaşlamaya səbəb ola biləcəyini vurğulayıb.

Fidelity-nin bu proqnozu Goldman Sachs kimi digər iri qurumların 4.000 dollarlıq hədəfi ilə üst-üstə düşür. Bunun əksinə olaraq, Citigroup kimi bəzi analitiklər daha ehtiyatlı yanaşaraq qiymətlərin düşə biləcəyini düşünürlər.

Hazırda spot altın qiyməti 3.310 dollar səviyyəsindədir. Bu həftə baş tutacaq Fed toplantısında faiz dərəcələrində dəyişiklik gözlənilməsə də, sədr Jerome Powell-ın açıqlamaları bazar üçün həlledici olacaq. Samson-un fikrincə, Powell-ın gələn il vəzifədən getməsi və onun yerinə Trampın dəstəklədiyi daha yumşaq mövqeli bir şəxsin gəlməsi ehtimalı, borclanma xərclərinin azalmasına səbəb ola bilər.

Xeyrənsə Piriyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://news24.az
archiveBu xəbər 29 İyul 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri