Icma.az
close
up
RU
Qızıl almaq istəyənlərə XƏBƏRDARLIQ: Aldadıla bilərsiniz!

Qızıl almaq istəyənlərə XƏBƏRDARLIQ: Aldadıla bilərsiniz!

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bir neçə müddətdir ki, qızıl, brilyant, gümüş və s. zərgərlik məmulatları da digər əşyalar kimi kirayə verilir. Azərbaycanda qızılın kirayə verilməsi son illərdə yeni bir tendensiya olaraq ortaya çıxıb. 

Bu proses xüsusilə toy və digər xüsusi tədbirlər üçün qızıl zinət əşyalarına tələbatın yüksək olduğu hallarda geniş istifadə olunur. Qızıl zinət əşyaları satan mağazalar və ya xüsusi kirayə xidməti göstərən mərkəzlər bu xidməti təqdim edir. Müştərilər toylarda, nişanlarda və digər mərasimlərdə istifadə etmək üçün qızıl əşyaları qısa müddətə icarəyə götürə bilirlər.

Moderator.az xəbər verir ki, Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev “Yeni Sabah”a açıqlamasında bu məsələyə münasibət bildirib:

“Zinət əşyalarının kirayə verilməsi o qədər də populyar deyil. Ancaq son zamanlar xam qızılın birja qiymətinin artması ilə bağlı məmulatın da qiyməti artır. Ona görə yəqin ki bu xidmət aktuallaşıb. Burada heç bir tənzimləməyə ehtiyac yoxdur. Çünki bu, azad iqtisadiyyatdır. Sadəcə istehlakçılara tövsiyəmiz o olar ki, bunu mütləq sənədləşdirsinlər, gələcəkdə hər hansısa mübahisəli məqam yaranmasın. Həmin proses sahibkarlar üçün də müəyyən mənada risk daşıyır. Çünki zərgərlik məmulatı qiymətli metallardan və daşlardan ibarətdir. İstehlakçı zinət əşyasının üzərindəki daşı, metalı dəyişə bilər. Nəzəri olsa da, bu ehtimal var. Burada həm sahibkar üçün risk mövcuddur. Həmçinin, risklə bağlı məsuliyyət kirayə götürən şəxsin üzərində olur. Ona görə də proses müqavilə ilə tənzimlənməli, xırdalıqlarına qədər hər bir məqam qeyd olunmalıdır”.

T.Abbasquliyev qeyd edib ki, kirayə verilən zərgərlik məmulatı satışa çıxarıldıqda alıcıya onun icarə verildiyi haqda məlumat verilməlidir:

“Kirayə verilən qızıl məmulatı işlənmiş sayılır və onu satışa çıxarırlarsa, bu barədə alıcıya məlumat verilməlidir. Mütləq formada alıcı bilməlidir ki, o keçmişdə kirayə verilən məmulatı alır. İstənilən halda kirayə verilən qızıl zinət əşyası özünü bildirir. Üzərində müəyyən cızıq izləri olur. Belə halda əgər sahibkar onun rodium örtüyünü dəyişdirib cilalayırsa və yenidən satışa təqdim edirsə, həmin qızıl artıq yeni sayılır. Bu tamamilə istehlakçıya bağlı bir məsələdir. Ancaq satıcı da məsuliyyətli yanaşmalı və müştəriyə həmin mal haqda ətraflı məlumat təqdim etməlidir. Onu da qeyd edim ki, qızıl məmulatlarının satışı, kirayəsi ilə bağlı məsələlər heç bir qurumla tənzimlənmir. Digər əşyalar kimi, bu məmulatlar da rahat bir formada kirayə verilə bilər. Xüsusi tənzimləməyə ehtiyac yoxdur. Bazar iqtisadiyyatına əsasən tələb və təklif var. Əgər kimsə 1 manatlıq bir şeyi 5 manata təklif edirsə, təbii ki, onun alıcısı da az olacaq”.

Müsahibimiz vurğulayıb ki, brend markalarda belə bir xidmət mövcud deyil:

“Qızıl, brilyant, gümüş və s. zinət əşyalarının kirayə verilməsi bazarda brend olmayan məhsullara aiddir. Biz əgər brend mağazalardan danışsaq, orada belə hallar ümumiyyətlə yoxdur. Həmin markaların satışa çıxardığı malların hamısı yenidir. Tanınmış qızıl mağazalarında belə bir xidmət mövcud deyil. Yox əgər müştəri bazardan qızıl alırsa, burada müəyyən risklər ola bilər. Diqqətli olmaq lazımdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://moderator.az
archiveBu xəbər 21 Dekabr 2024 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri