Icma.az
close
up
RU
Qızıl Orda haqqında tarixi serial çəkirlər

Qızıl Orda haqqında tarixi serial çəkirlər

Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.


Qazaxıstanda Qızıl Orda haqqında tarixi blokbaster çəkirlər. Serial üzərində işləyən yaradıcı heyət bildirib ki, artıq çəkilişlərin bir hissəsi başa çatıb.
Reyting.az
Qazaxıstan KİV-nə istinadla xəbər verir ki, Almatı vilayətində Qızıl Ordaya, eləcə də Ulus Zhoşinin yaranmasına həsr olunmuş "Qızıl İmperiya" adlı tarixi serialın çəkilişi sürətlə davam edir.
"Dara" Prezident Təşəbbüsləri Fondunun mətbuat xidmətinin məlumatına görə, çəkiliş mərhələsinin yarısı başa çatıb ki, bu da 11 həftə ərzində görülmüş işin beşinin arxada qalması deməkdir.
Tengrinews.kz yazır ki, hazırda ən gərgin səhnələr lentə alınır və bəzi çəkilişlərdə yüksək səviyyəli müasir pirotexniki vasitələrdən, həmçinin xüsusi təlim görmüş qaçağan atlardan, eləcə də digər heyvanlardan istifadə edilir.
Seriala cəlb olunan, Hollivud layihələrində işləri ilə tanınan Amerikanın "Nomad Stunts" komandasının peşəkar kaskadyorları bu tarixi serialdakı döyüş səhnələrində fəal iştirak edirlər.

Çəkiliş prosesində aktyorlar, operatorlar, rəssamlar, eyni zamanda texniki heyət də daxil olmaqla 400-dən çox mütəxəssis iştirak edir. Ümumilikdə isə çəkiliş meydançasında əsas obrazları canlandıran 80 aktyor və 20 kaskadyor çalışır.
Bu tarixi serialın istehsalı və keyfiyyətli film kimi ortaya çıxması birbaşa dövlətin nəzarəti altında olduğundan aprel ayının 12-də çəkiliş qrupunun gördüyü işlərlə maraqlanmaq məqsədilə Qazaxıstanın dövlət müşaviri Erlan Karin bütün heyəti ziyarət edib. O, dekorasiya və səhnələrin hazırlanması prosesi ilə şəxsən tanış olub. Karin bu böyük layihənin prodüseri Fikrət Manoğlu və rejissor Emre Şahinlə iş müzakirələri aparıb.
Müəlliflər ilk dəfə Qazaxıstan dövlətinin, xalqının keçmişinə və tarixinə vizual yanaşma vəd edən, o cümlədən yerli kino sənətində yeni səhifə açacaq keyfiyyətli bir sənədli-dramatik məhsul vəd edirlər.
Layihəni "Netflix", "National Geographic" platformasında öz sənədli, bədii serialları ilə tanınan beynəlxalq kino şirkəti "Karga Seven Pictures" həyata keçirir.
Onu da qeyd edək ki, çəkilişləri Qazaxıstanın "Dara" Fondu dəstəkləyir.
Oqtay QORÇU
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://reyting.az
archiveBu xəbər 16 Aprel 2025 08:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri